Modern.az

Sarkisyan: “Qarabağ münaqişəsinin həllində irəliləyiş yoxdur”

Sarkisyan: “Qarabağ münaqişəsinin həllində irəliləyiş yoxdur”

19 Mart 2018, 17:56

Bu gün Ermənistan Müdafiə Nazirliyində ordu rəhbərliyinin iclası keçirilib. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Serj Sarkisyan iclasda çıxış edərək Dağlıq Qarabağ münaqişəsinin həlli barədə danışıb.

 

“Ermənistanın və Qarabağın təhlükəsizliyi baxımından Qarabağ münaqişəsinin sülh yolu ilə həlli çox önəmlidir. Bizim mövqeyimiz dəyişilməzdir. Bu barədə beynəlxalq tribunalardan da danışmalı olmuşam. Dediklərimi təkarlamağa ehtiyac yoxdur. Lakin təəssüf danışıqlar prosesi ilə bağlı irəliləyiş yoxdur. Buna baxmayaraq, ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə danışıqlar prosesini davam etdirəcəyik”.

Serj Sarkisyan Ermənistanın silahlanmaqda davam edəcəyini də deyib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?