23 mart 2019, Şənbə
Ana Səhifə - GÜNDƏM - Gülüşləri bir otağa yayılan uşaqlar... - Reportaj
Gülüşləri bir otağa yayılan uşaqlar... - Reportaj +
19.03.2018, 18:09

Uşaqlar dünyanın sevinci, işıqlı gələcəyimizdir. Onların çöhrəsində təbəssüm görmək, sevinclərinə şahid olmaq hər birimizi ən azı onlar qədər sevindirir.

Bakcell şirkəti Azərbaycana Birgə Yardım (UAFA) təşkilatının Xaçmaz İcma Əsaslı Reablitasiya Mərkəzi ilə birlikdə xüsusi qayğıya ehtiyacı olan uşaqlara milli bayramımız olan Novruz ərəfəsində şənlik təşkil edib.

Şənliklərdə iştirak etmək üçün Xaçmaza yollandıq.

Baharın gəlişi, yazın nəfəsi burada daha artıq hiss olunurdu...

 

Dərnəklərdən yararlanan 300-ə yaxın uşaq

İlk olaraq xüsusi qayğıya ehtiyacı olan uşaqların hazırladığı müxtəlif əl işləri, rəsmlərlə tanış olduq. Onların hər biri uşaqların xəyal dünyasını əks etdirirdi.

Xaçmaz İcma Əsaslı Reablitasiya Mərkəzinin koordinatoru Kəmalə Əliyeva deyir ki, mərkəz 7 ildir fəaliyyət göstərir: “Noyabrdan başlayan layihə üzrə hazırda iki dərnəkdən 24 uşaq yararlanır. Mərkəzdə müxtəlif diaqnozlu uşaqlar var. Hansı qrupa uyğundursa, onları həmin qrupa yönəldirik. Bu mərkəzin ən böyük üstünlüyü ailələrlə birgə işdir. Valideyn mütləq uaşağının yanında olur. Çünki onlar burada keçilən dərsi evdə uşaqları ilə davam etdirirlər.

Bakcell 7 ildir UAFA Təşkilatı ilə əməkdaşlıq edir. Bu müddət ərzində mərkəzimizdən 300-ə yaxın uşaq yararlanıb. Onların hər birinə fərdi yanaşılır”.

Mərkəzinin koordinatoru deyir ki, əsas məqsəd sosial layihələr həyata keçirmək və aztəminatlı ailələrə xidmət göstərməkdir: “Onların sosial həyata adaptasiyasını təşkil etmək, fərdi yaradıcılıq bacarıqlarını aşkarlamaq, cəmiyyətə inteqrasiya olunmasına kömək eləmək üçün çalışırıq. Bu müddət ərzində böyük nailiyyətlərə imza ata bilmişik”.

İƏR Mərkəzlərinə davamlı dəstək

Bakcell şirkəti özünün “Bakcell Stars” proqramı vasitəsilə xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstək göstərir. Şirkətin PR və Korporativ Kommunikasiya Departamentinin rəhbəri Süheylə Cəfərova deyir ki, UAFA-nın Gəncə, Bakı və Xaçmazda yerləşən İcma Əsaslı Reablitasiya (İƏR) mərkəzlərində indiyə kimi yüzlərlə uşaqla işləyiblər: “Biz bu mərkəzlərə davamlı dəstək göstəririk. Mərkəzlərdə elə uşaqlar var ki, biz onları tanıyanda, məsələn, 7 yaşında idilər, indi 14-15 yaşındadırlar. Onların inkişafı bizim gözümüz önündə baş verib.

Bu gün həmin uşaqların davranışlarına, əl qabiliyyətlərinə baxanda görürük ki, bir çox məsələlərdə digər uşaqlardan geri qalmırlar. Əksinə, öz istedadlarını üzə çıxarmaq üçün daha çox çalışıb, daha yaxşı nəticələr əldə ediblər”.

 

“Yaş məhdudiyyəti yoxdur”

Mərkəzdə rəqs, rəsm dərnəkləri var. İki il kompüter dərnəyi də fəaliyyət göstərib.

Mərkəzdə 18 yaşa qədər uşaqlar dərnəklərdən yararlana bilərlər.

Kəmalə Əliyeva bildirdi ki, mərkəzə gəlmək üçün uşaqlar arasında yaş məhdudiyyəti yoxdur: “Dərnəklərimiz ödənişsizdir. Yəni, uşaqların valideynlərindən heç bir ödəniş alınmır. Bakcell şirkətinin maliyyə dəstəyi ilə uşaqların dərnəklərdə istifadə etdiyi ləvazimatlarla – dərs geyimləri ilə, müəllimlər əməkhaqqıyla təmin olunur. Mərkəzə cəlb olunan uşaqların sayı dəyişir. Bəziləri təhsil almağa yollanır ki, onlar azyaşlı uşaqlarla əvəzlənir.

Mərkəzə müraciət edən valideynlərin sayı da günü-gündən artır. Valideynlər bu barədə kütləvi informasiya vasitələrindən, dərnəklərdə iştirak edən uşaqların valideynlərindən məlumatlar alırlar. Biz media ilə mütəmadi əməkdaşlıq edir, onlar vasitəsilə tez-tez məlumatlandırma və maarifləndirmə işləri aparırıq”.

Qeyd edək ki, mərkəzdə daim valideynlərlə də təlimlər aparılır. Mərkəzdə əqli inkişaf geriliyi, autizm və daun sindiromlu olan uşaqlar reabitasiya keçir.

Həftədə iki dəfə hər dəfəsində 1 saat olmaqla, qrup və fərdi məşğələlər keçilir.

Hər uşağa sevgi ilə yanaşıldığını vurğulayan mərkəzin koordinatoru deyir ki, uşaqların ailədən uzaq düşməməsinə çalışırlar: “İstəyirik uşaqlar valideynlərinə böyük problem yaratmasın, ailələr də onları özlərindən kənarlaşdırmasınlar. Biz həm uşaqlara, həm də ailələrə psixoloji dəstək veririk. Tez-tez ailə və uşaqlara təlimlər keçirik”.

Kəmalə Əliyeva UAFA təşkilatına bu cür dəstək verdikləri üçün Bakcell şirkətinə təşəkkür edib: “Şirkət hər zaman bizi dəstəkləyir. Bura gələn uşaqlar sağlamlığı məhdud olanlardır. Artıq onlar rəsm çəkməyi, rəqs etməyi öyrənib. Bunlarda Bakcell-in rolu əvəzedilməzdir”.

Həmsöhbətim deyir ki, mərkəzdə 6 yaşadək müddət ilkin reablitasiya dövrüdür: “Bu yaş çərçivəsində qrup şəklində məşğələlər keçirilir. Daha sonra onlar dərnəklərə yönləndirilirlər. Həftədə 5 gün səhər saat 9-dan 17.00-dək mərkəz valideyn və uşaqlar üçün açıq olur”.

Rəng duyumları olan uşaqlar

Uşaqlara rəsm çəkməyi öyrədən Ağagül Məmmədovla söhbətdik.

O deyir ki, 7 ildir mərkəzdə uşaqlara rəsm çəkməyi öyrədir: “Uşaqların gözəl rəng duyumu var. Öz üzərlərində işləyirlər. Çəkdikləri rəsmi anlaya bilirlər. İstedadlı uşaqlardılar. Bəzən bir rəsmi bir, bəzən iki dərsdə bitirirlər. Dəfələrlə olub ki, bu uşaqalrın çəkdikləri şəkillər sərgilərdə satılıb. Məqsədimiz odur ki, onlar özlərini cəmiyyətdən kənarda tutmasınlar. Həftədə 2 dəfə rəsm dərsi keçilir”.

 

“Onlarla işləməkdən yorulmuram”

Mərkəzin rəqs müəlliməsi Rəmziyyə Abbasova da uşaqlardan razıdır. Deyir ki, burdakı uşaqlara müxtəlif rəqslər öyrədilir: “Milli rəqslərə daha çox üstünlük veririk. Mən onlarla işləməkdən yorulmuram. Məqsədim onların ünsiyyətcil olmasına kömək göstərməkdir ki, bir yerə gedəndə sıxılmasınlar. Məsələn, “Nəlbəki” rəqsində oynayan zaman əllərini hərəkət etdirirlər, göz təmasları var. Məşqlər zamanı bir-biriləri ilə dostlaşırlar. Qrup şəklində rəqs edən zaman gülüşləri bütün otağa yayılır. Onlara hind, özbək rəqsləri də öyrədirəm”.

Rəmziyyə Abbasova qeyd edib ki, uşaqlarla birlikdə əl işləri hazırlayırlar: “Könüllü şəkildə həftədə iki dəfə uşaqlarla birlikdə əl işləri düzəldirəm. Onların əl işləri çox gözəldi. Öyrədirəm, toxuyuruq. Həmin əşyaları uşaqların valideynləri ətraflarında olan adamlara sata bilirlər”.

“Sanki dünya mənim olur”

Əlinin nənəsi İradə Nurməmmədova deyir ki, nəvəsi bura təzə gələndə nitqində qüsur varmış: “6 ildir bura gəlirik. Nəvəmdə irəlləyiş var. Rəqsə gedəndən sonra inkişaf daha çox gözə çarpır. Onun dərnəklərdə qazandığı bacarıq və nailiyyətləri görəndən sonra sevincimiz hədsiz oldu”.

Valideyn Sevda Müslümova deyir ki, həkimin məsləhəti ilə iki uşağını da reabitasiya mərkəzinə gətirir: “Həkim dedi ki, uşaqlarda özünə qapanma var. Evdən çölə çıxara bilmirdik. Qərar verdim və reabitasiya mərkəzinə gətirdim. İndi uşaqlarım sözlərini ifadə edə bilirlər. Onları elə görəndə sanki dünya mənim olur. Bu sevinci bizə yaşadan təşkilatçılara təşəkkür edirəm”.

Qeyd edək ki, xüsusi qayğıya ehtiyacı olan uşaqların həyatında xoş və yaddaqalan dəyişikliklər yaradan bu layihə çərçivəsində UAFA-nın Gəncə, Xaçmaz, Yasamal İcma Əsaslı Reabilitasiya (İƏR) mərkəzlərində indiyədək yüzlərlə uşaq yeni bacarıqlara yiyələnib, bir çox respublika və beynəlxalq səviyyəli yarışlarda qalib olublar.

Uşaqları sevindirmək gözəldir. Onlar hər bir ölkənin, hər bir xalqın gələcəyidir...

 

teleqraf.com


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Məhkəmə qətldə təqsirləndirilən qadının cəzasını azaldıb
23.03.2019, 17:48

Məhkəmə qətldə təqsirləndirilən qadının cəzasını azaldıb

Elmar Məmmədyarov Uruqvay parlamentində müzakirələr apardı
23.03.2019, 17:00

Elmar Məmmədyarov Uruqvay parlamentində müzakirələr apardı

Azərbaycanın U-19 millisi irlandiyalı həmyaşıdları ilə qarşılaşıb
23.03.2019, 16:50

Azərbaycanın U-19 millisi irlandiyalı həmyaşıdları ilə qarşılaşıb

Azərbaycan hərbçiləri Pakistanda hərbi paradda - FOTOLAR
23.03.2019, 16:30

Azərbaycan hərbçiləri Pakistanda hərbi paradda - FOTOLAR

Son 2 gündə Azərbaycan yollarında 4 nəfər öldü
23.03.2019, 16:26

Son 2 gündə Azərbaycan yollarında 4 nəfər öldü

Ermənistanda hərbi ÜSYAN
23.03.2019, 15:43

Ermənistanda hərbi ÜSYAN

316 nəfər peşə təlimini başa vurdu
23.03.2019, 15:20

316 nəfər peşə təlimini başa vurdu

İlham Əliyev iraqlı həmkarına başsağlığı verdi
23.03.2019, 15:17

İlham Əliyev iraqlı həmkarına başsağlığı verdi

Bilgə Nursultan Nazarbayev!!!   
23.03.2019, 15:14

Bilgə Nursultan Nazarbayev!!!  

Sabahın havası - külək, yağış, qar
23.03.2019, 14:00

Sabahın havası - külək, yağış, qar

Ağcabədidə narkotik satan mütəşəkkil dəstə tutuldu
23.03.2019, 13:48

Ağcabədidə narkotik satan mütəşəkkil dəstə tutuldu

Rusiya Ukraynadakı prezident seçkilərinə HAZIRLAŞIR
23.03.2019, 13:41

Rusiya Ukraynadakı prezident seçkilərinə HAZIRLAŞIR

Bakıda vətəndaşa qarşı 1800 manatlıq dələduzluq edilib
23.03.2019, 13:30

Bakıda vətəndaşa qarşı 1800 manatlıq dələduzluq edilib

Binəqədidə yol bağlandı
23.03.2019, 13:25

Binəqədidə yol bağlandı

Evlərə qənim kəsilən 4 oğru tutuldu
23.03.2019, 12:36

Evlərə qənim kəsilən 4 oğru tutuldu

Moskva xatirələri - III HİSSƏ  
23.03.2019, 12:33

Moskva xatirələri - III HİSSƏ  

Səfir: “Pakistandan Azərbaycana gələn turistlərin sayı artıb”
23.03.2019, 12:24

Səfir: “Pakistandan Azərbaycana gələn turistlərin sayı artıb”

Əfqanıstanda terror - 7 nəfər öldü
23.03.2019, 12:06

Əfqanıstanda terror - 7 nəfər öldü

Astananın adı dəyişdi - Nur-Sultan oldu
23.03.2019, 11:40

Astananın adı dəyişdi - Nur-Sultan oldu

Dünyanı qorxudan raketlər poliqonlara yeridildi - Amerika bu silahlardan qoruna bilməyəcək 
23.03.2019, 11:28

Dünyanı qorxudan raketlər poliqonlara yeridildi - Amerika bu silahlardan qoruna bilməyəcək 

Araq, serroz və son rol - Səməndər Rzayevin ÖMÜR YOLU
23.03.2019, 11:18

Araq, serroz və son rol - Səməndər Rzayevin ÖMÜR YOLU

Gəncə-Bakı reysinə dəyişiklik
23.03.2019, 11:04

Gəncə-Bakı reysinə dəyişiklik

Amerikanın azərbaycanlı müəllimi
23.03.2019, 10:54

Amerikanın azərbaycanlı müəllimi

Azərbaycanlı əsir, girov və itkinlər... - Mart ayının rəsmi STATİSTİKASI   
23.03.2019, 10:40

Azərbaycanlı əsir, girov və itkinlər... - Mart ayının rəsmi STATİSTİKASI  

Azərbaycan deputatları ABŞ-a getdilər
23.03.2019, 10:22

Azərbaycan deputatları ABŞ-a getdilər

Merkellə Tramp telefonda müzakirə apardı
23.03.2019, 09:56

Merkellə Tramp telefonda müzakirə apardı

Bu gün Avro-2020-nin seçmə mərhələsində I tur yekunlaşacaq - TƏQVİM   
23.03.2019, 09:52

Bu gün Avro-2020-nin seçmə mərhələsində I tur yekunlaşacaq - TƏQVİM  

Məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiyasında qərb bölgəsinə getdilər
23.03.2019, 09:51

Məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiyasında qərb bölgəsinə getdilər

Cəbhədə erməni təxribatı...
23.03.2019, 09:49

Cəbhədə erməni təxribatı...

Quran niyə hər yerdə ərəbcə oxunur...   
23.03.2019, 09:44

Quran niyə hər yerdə ərəbcə oxunur...  

Avropa Çempionatının seçmə mərhələsində daha 7 oyun - NƏTİCƏLƏR   
23.03.2019, 09:38

Avropa Çempionatının seçmə mərhələsində daha 7 oyun - NƏTİCƏLƏR  

İsrail hərbçiləri ilə fələstinlilər arasında qarşıdurma: 2 nəfər öldü
23.03.2019, 00:12

İsrail hərbçiləri ilə fələstinlilər arasında qarşıdurma: 2 nəfər öldü

Zaqatalada canavarlar 40-dan çox  heyvanı parçaladı
22.03.2019, 23:57

Zaqatalada canavarlar 40-dan çox  heyvanı parçaladı

Avropadakı aksiyada Quranı yandırdılar - VİDEO
22.03.2019, 23:41

Avropadakı aksiyada Quranı yandırdılar - VİDEO

Türkiyədə ABŞ dolları kəskin bahalaşdı
22.03.2019, 23:23

Türkiyədə ABŞ dolları kəskin bahalaşdı

Şəkidə tütün əkini sahələri 153 hektar artırılacaq
22.03.2019, 23:11

Şəkidə tütün əkini sahələri 153 hektar artırılacaq

Xınalıq yolunda hərəkət bərpa olundu
22.03.2019, 22:54

Xınalıq yolunda hərəkət bərpa olundu

ABŞ Suriyanın terrorçulardan təmizləndiyini açıqladı
22.03.2019, 22:35

ABŞ Suriyanın terrorçulardan təmizləndiyini açıqladı

Kasprşik Paşinyanla Qarabağ münaqişəsini müzakirə etdi
22.03.2019, 22:19

Kasprşik Paşinyanla Qarabağ münaqişəsini müzakirə etdi

Fransada etirazçılar güllələnə bilər
22.03.2019, 22:01

Fransada etirazçılar güllələnə bilər

Mülki vertolyotun qəzaya uğraması nəticəsində iki nəfər öldü
22.03.2019, 21:44

Mülki vertolyotun qəzaya uğraması nəticəsində iki nəfər öldü

Ayfon istifadəçiləri üçün yenilik
22.03.2019, 21:26

Ayfon istifadəçiləri üçün yenilik

Turistləri daşıyan avtobus yandı
22.03.2019, 21:11

Turistləri daşıyan avtobus yandı

ABŞ-dan İrana qarşı yeni sanksiyalar
22.03.2019, 20:53

ABŞ-dan İrana qarşı yeni sanksiyalar

Adil Əliyev Bakı məktəbi ilə “qardaşlaşan” Ankara məktəbinə getdi - FOTOLAR
22.03.2019, 20:46

Adil Əliyev Bakı məktəbi ilə “qardaşlaşan” Ankara məktəbinə getdi - FOTOLAR

Ağakərimin müalicədən sonra yeni görüntüsü yayıldı - FOTO
22.03.2019, 20:38

Ağakərimin müalicədən sonra yeni görüntüsü yayıldı - FOTO

Azərbaycan qazının Avropaya nəqlində növbəti mərhələ
22.03.2019, 20:28

Azərbaycan qazının Avropaya nəqlində növbəti mərhələ

Suriyada onlarla insanı qətlə yetirən şəxs tutuldu
22.03.2019, 20:16

Suriyada onlarla insanı qətlə yetirən şəxs tutuldu

“Türk Dünyasına xidmətlərinə görə” mükafatlandırılanlar məlum oldu    
22.03.2019, 20:15

“Türk Dünyasına xidmətlərinə görə” mükafatlandırılanlar məlum oldu  

Azərbaycanda böyrək köçürülənlərin sayı AÇIQLANDI
22.03.2019, 20:00

Azərbaycanda böyrək köçürülənlərin sayı AÇIQLANDI

ARXİV