Modern.az

Azərbaycan neftinin son qiyməti: bareli 67 dollar

Azərbaycan neftinin son qiyməti: bareli 67 dollar

19 Mart 2018, 23:10

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti son dəfə 67,01 dollar/barel təşkil edib ki, bu da daha öncəki günə olan göstəricidən 0,84 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin sonuncu qiyməti 66,39 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,85 dollar/barel çoxdur.

 

Novorossiysk limanından yüklənən URALS neftinin sonuncu qiyməti isə 61,82 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,85 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti isə 64,62 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,94 dollar/barel çoxdur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi