Modern.az

Şəkidə ağır yol qəzası: 2 ölü, 3 yaralı - YENİLƏNİB

Şəkidə ağır yol qəzası: 2 ölü, 3 yaralı - YENİLƏNİB

Aktual

20 Mart 2018, 11:29

Daxili İşlər Nazirliyi Şəkidəki ağır yol qəzasə barədə məlumat yayıb. Nazirlikdən Modern.az-a bildirlib ki, martın 19-da saat 23 radələrində Şəki rayonunun Aşağı Küngüt kəndi ərazisində Kiçik Dəhnə kənd sakini Allahverdi Mustafayev idarə etdiyi “VAZ-21064” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə onun sərnişinlərindən həmkəndliləri Adəm Adıgözəlov və Murad Həşimov hadisə yerində ölmüş, özü və digər 2 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Şəki ŞRPŞ tərəfindən araşdırma aparılır.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Şəkinin Aşağı Küngüt kəndində “VAZ” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

FHN-dən Modern.az-a bildiriblər ki, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış iki nəfərin cəsədlərini çıxarıb aidiyyəti üzrə təhvil veriblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır