Modern.az

Lalə Şövkət Heydər Əliyevin qəbrini ziyarət edib  

Lalə Şövkət Heydər Əliyevin qəbrini ziyarət edib   

20 Mart 2018, 10:07

Prezidentliyə namizəd, Milli Məclisin deputatı Zahid Orucun müxalifət liderləri Lalə Şövkəti və İsa Qəmbəri Heydər Əliyevin məzarını ziyarət etməyə çağırışına qarşı tərəfdən cavab gəlib.


Modern.az
-ın məlumatına görə, Lalə Şövkətin lideri olduğu Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan Zahid Orucun çağırışına belə reaksiya verib:


“Hörmətli Zahid Oruca çatdırmaq istəyirik ki, birincisi, Lalə Şövkət Heydər Əliyevə ümumiyyətlə həmişə hörmətlə yanaşıb, həm iqtidarda olanda, həm də müxalifətdə... Və heç bir dəfə Heydər Əliyevin şəxsiyyəti haqqında mənfi fikir söyləməyib. O ki qaldı qəbrini ziyarət məsələsinə, Zahid Oruca bir də çatdırmaq istəyirik ki, Lalə xanım Heydər Əliyevin dəfnində yaxından iştirak edib. Ümumiyyətlə, Fəxri Xiyabana ziyarəti heç vaxt reklam etməzlər. İnsan qəbrüstə gedəndə bu məsələni ictimailəşdirməz.
Lalə xanımla dəfələrlə Fəxri Xiyabanda olmuşam və onunla birlikdə biz həm Heydər bəyin, həm Elçibəyin, həm Azad Mirzəcanzadənin, Üzeyir bəyin, Bəxtiyar Vahabzadənin qəbrlərini ziyarət etmişik. Lalə xanım belə məsələlərin ictimailəşməsinin tam əleyhinədir. O, görüntü xarakterli, süni hərəkətlərdən uzaq insandır. Həm də Lalə Şövkət həmişə öz mənəvi borcunu yetirib. Onun heç kimin qarşısında artıq mənəvi öhdəliyi yoxdur. Lalə Şövkət Heydər Əliyevin ən ağır vaxtlarında yanında olub, onu müdafiə edib, ona dayaq olub, yamaqlıq etməyib. Ona görə, xahiş edirik, Lalə Şövkətin adını bu səmtdə çəkməyin”.

Qeyd edək ki, Zahid Oruc tam olaraq bunları deyib.


“Seçkidə iştirak edən və etməyən, siyasətdə aktiv olan, ya olmayan insanlara bu tribunadan müraciət edəcəm və düşünürəm ki, bunun faydası var. Birinci növbədə xanım olduğu üçün Lalə Şövkət Hacıyevaya çağırış edirəm. Bildiyiniz kimi Lalə Şövkət dövlət katibi vəzifəsinə ulu öndərin qərarı ilə təyin olunub. Onun üzərində Heydər Əliyevin etibarı olub. Mənəvi borcunu yerinə yetirsin, qoy Fəxri Xiyabanı ziyarət eləsin və ulu öndərin qarşısında “dövlət quran adama hörmət, ehtiram göstərirlər” mesajını açıq-aşkar cəmiyyətə versin.
Seçkidə iştirak edən və etməyən, siyasətdə aktiv olan, ya olmayan insanlara bu tribunadan müraciət edəcəm və düşünürəm ki, bunun faydası var. Birinci növbədə xanım olduğu üçün Lalə Şövkət Hacıyevaya çağırış edirəm. Bildiyiniz kimi Lalə Şövkət dövlət katibi vəzifəsinə ulu öndərin qərarı ilə təyin olunub. Onun üzərində Heydər Əliyevin etibarı olub. Mənəvi borcunu yerinə yetirsin, qoy Fəxri Xiyabanı ziyarət eləsin və ulu öndərin qarşısında “dövlət quran adama hörmət, ehtiram göstərirlər” mesajını açıq-aşkar cəmiyyətə versin. 
Mən buradan Müsavat Partiyasını qeyri-rəsmi idarə edən İsa Qəmbərə müraciət edirəm. Bildiyiniz kimi İsa bəyin səhhətində problem yarandı və bu amildən seçkidə iştirak edə bilmir. 
İsa Qəmbər hər yerdə özünü Əbülfəz Elçibəyin varisi elan edir. Çox yaxşı, əgər elədirsə ona xatırlatmaq istəyirəm ki, ulu öndər Heydər Əliyev Əbülfəz Elçibəyin dəfn mərasiminə gəlmişdi. Qoy İsa Qımbər də öz üzərindıki mənəvi borcu yerinə yetirsin və fəxri xiyabanı ziyarət etsin və göstərsin ki, dövlət quran kişilərə hörmət edirlər”.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...