Modern.az

Hafiz Hacıyevin məmurları yıxıb-sürüdü: “Bu, dövlət başçısına xəyanətdir!” - VİDEO  

Hafiz Hacıyevin məmurları yıxıb-sürüdü: “Bu, dövlət başçısına xəyanətdir!” - VİDEO  

20 Mart 2018, 10:50

Ötən axşam İctimai Televiziyada 2018-ci ilin 11 aprelinə təyin olunmuş prezident seçkilərində iştirak edəcək namizədlərin ilk debatı baş tutdu.

Modern.az-ın məlumatına görə, debatda maraqlı çıxışlardan biriniprezidentliyə namizəd, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev edib.

O bildirib ki, müxalifətin bu seçkilərdə iştirak etmədiyi fikrini formalaşdırmaq istəyənlər yanılırlar.

“Bu, çox yanlış, Azərbaycan dövlətçiliyinə ən böyük zərbələrdən biridir. Başa düşə bilmirəm, müxalifət “ştamp”ını kimin üzərinə kim vurub? Burada biz nəyik? Dövlətin heç bir qolunda, parlamentdə də iştirak etmirik”.


Hafiz Hacıyev Avropada mühacirətdə olan bəzi adamların onu təhqir etdiyini deyərək, bu işdə hakimiyyətin daxilindəki bəzi qüvvələrin əli olduğunu vurğulayıb.

Modern.az Hafiz Hacıyevin çıxışının videosunu təqdim edir:

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır