Modern.az

Hərbi hissələrdə “Açıq qapı” günü keçirilir

Hərbi hissələrdə “Açıq qapı” günü keçirilir

Aktual

20 Mart 2018, 11:01

Bu gün saat 11.00-dan Novruz bayramı münasibətilə Müdafiə Nazirliyinin tabeliyində olan bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” günü keçirilir.

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata əsasən, “Açıq qapı” günü nazir, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına uyğun olaraq keçirrlir.

Ziyarətçilər hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə tanış olacaq, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkəcəklər. Qonaqlar üçün müxtəlif döyüş texnikaları və silahların nümayişi də təşkil olunacaq.

Hərbi hissələrdə komandanlığın iştirakı ilə keçiriləcək “Açıq qapı” günündə valideynlərlə görüşlər təşkil olunacaq, onları maraqlandıran bütün məsələlərin müzakirəsi aparılacaq, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçiriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır