Modern.az

Hökumətin ən üst səviyyəsində ixtisar aparılacaq  

Hökumətin ən üst səviyyəsində ixtisar aparılacaq   

20 Mart 2018, 11:19

Azərbaycanda 11 apreldə keçiriləcək prezident seçkisindən sonra Nazirlər Kabineti istefaya gedəcək və bir ay ərzində yeni hökumət formalaşacaq.

Məsələ ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli Modern.az-a açıqlama verib.

Deputat bildirib ki, Konstitusiyaya görə, hökumətin təşkili yeni seçiləcək prezidentin səlahiyyətlərinə aiddir.


“Hesab edirəm ki, 11 aprel seçkilərindən sonra prezident institutsional dəyişiklərə də gedəcək. Yəni təşkilatların birləşdirilməsi, paralel strukturların aradan qalırılması kimi işlər gələcəkdə genişmiqyaslı olacaq. Şübhəsiz ki, kadr dəyişiklikləri olacaq. Yuxarı səviyyələrdə islahatlar olacaq. Hesab edirəm ki, belə islahatların aparılması zəruri hala çevrilib. Yəqin ki, prezident seçkilərindən sonra müəyyən ixtisarlar gedəcək”.


Tahir Kərimli bildirib ki, hətta hökumətin ən yüksək səviyyələrində isxtisarlar gedəcək.


“Məsələn, baş nazirin müavinlərinin sayı çox görünə bilər. Bunlar hələ ki, mülahizə şəklindədir. Amma buna şübhəm yoxdur. Beynəlxalq Fitch Agenliyi də Azərbaycanda islahatların aparılmasını yüksək qiymətləndirib. Məhz islahatlar sayəsində bəzi sahələrdə irəliləyişlərə nail olmaq olur. Bank sistemində müəyyən dəyişikliklər var. Bir sıra təşkilatlar ləğv edilib. Onlara publik hüquqi şəxs statusu verilib. Hesab edirəm ki, ölkədə aparılan islahatlar daha sürətlə olacaq”.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...