Modern.az

İcra başçısı cəbhə bölgəsində Novruz şənliyi təşkil etdi  

İcra başçısı cəbhə bölgəsində Novruz şənliyi təşkil etdi   

20 Mart 2018, 11:41

Novruz bayramı münasibətilə Hordiz şəhərindəki Olimpiya İdman Kompleksində ümumrayon şənliyi keçirilib.


Bayram şənliyində Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayon İcra Hakimiyyəti Aparatının işçiləri, rayonun idarə, müəssisə, təşkilatları, hüquq-mühafizə orqanlarının rəhbərləri, bələdiyyə sədrləri, ictimaiyyət nümayəndələr iştirak ediblər.  


Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və tədbir iştirakçıları əvvəlcə Novruza aid adət-ənənələrini özündə əks etdirən sərgiyə baxıblar.  


Tədbir Dədə Qorqud və Bahar qızın meydana gəlişi ilə başlayıb, Novruz tonqalı alovlandırılıb. 

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Novruz bayramı münasibəti ilə rayon sakinlərini təbrik edib, bol ruzi-bərəkət və əmin-amanlıq arzulayıb.

Alı Alıyev milli mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində Prezident İlham Əliyev tərəfindən aparılan məqsədyönlü dövlət siyasətindən danışıb, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın bu sahədəki xidmətlərini diqqətə çatdırıb.

“Novruz xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədım el bayramıdır. Xalqımızın mənəvi dünyasını, milli düşüncə tərzini, azərbaycançılıq məfkurəsini, qədim mifik görüşlərini, folklorunu, milli varlığını Novruz qədər bütün zənginliyi ilə özündə ifadə edən ikinci bir bayram təsəvvür etmək çətindir. Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramı YUNESKO tərəfindən beynəlxalq səviyyədə qeyd edilir. BMT-nin Baş Məclisi isə martın 21-ni “Beynəlxalq Novruz Günü” elan etmişdir.” 


Sonra Novruzun qəhrəmanları olan Kosa və keçəl, rayon Uşaq Yaradıcılıq Mərkəzinin şagirdləri tonqal ətrafında yallı gediblər. Bayram adətinə görə uşaqlar yumurta döyüşdürüblər. Kosa və keçəlin zarafatları, rayon idmançılarının nümunəvi çıxışları, mədəniyyət işçilərinin konsert proqramı tədbir iştirakçılarının bayram əhval-ruhiyyəsini daha da artırıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...