Modern.az

İnternet klublarda uşaqlar üçün xüsusi yerlər ayrılacaq

İnternet klublarda uşaqlar üçün xüsusi yerlər ayrılacaq

20 Mart 2018, 12:52

Azərbaycanda internet klublarda uşaqlar üçün xüsusi guşə yaradılacaq.

Modern.az-ın  parlamentdən əldə etdiyi məlumata görə, bu barədə Prezident İlham Əliyevin imzası ilə Milli Məclisə daxil olan “Uşaqların sağlamlığı və inkişafına ziyan vuran informasiyalardan qorunması haqqında” qanun layihəsində qeyd edilib.

 

Layihədə bildirilir ki,  hər bir internet klubda 2 kompüter olmaq şərtilə, süzgəcdən keçirilmilş kömpüterlər olmalıdır. İnternet klubda internetdən istifadə etmək istəyən uşaqlar həmin kompüterlərdə əyləşdiriləcək. Müvafiq qurumu isə buna nəzrət edəcək və mütəmadi  monitorinqlər həyata keçirəcək. Monitorinq zamanı intetnet klubda uşağın digər kompüterdə əyləşdiyi aşkarlanarsa, onda klub rəhbərliyinin məsuliyyətə cəlb edilməsi nəzərdə tutulub.

 

Yeni qanun layihəsi yaxın vaxtlarda Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində müzakirə ediləcək.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub