Modern.az

“Çatlasanız da, partlasanız da Türkiyəni dayandıra bilməyəcəksiniz!” - Ərdoğan

“Çatlasanız da, partlasanız da Türkiyəni dayandıra bilməyəcəksiniz!” - Ərdoğan

20 Mart 2018, 14:03

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın Afrin bölgəsində həyata keçirilən “Zeytun budağı” əməliyyatı çərçivəsində zərərsizləşdirilən terrorçu sayının 3 min 647 nəfər olduğunu bildirib.
 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ərdoğan AKP-li deputatların qrup toplantısında “Zeytun budağı” əməliyyatına qarşı çıxan xarici güclərə səslənib:

“Çatlasanız da, partlasanız da Türkiyəni dayandıra bilməyəcəksiniz!”


Ərdoğan deyib ki, Türkiyəni istəməyən dövlətlər Ankaranın 2023-cü il hədəflərinə çatmağa əngəl ola bilməyəcəklər:

“Böyük və güclü Türkiyənin inşasının qarşısını kəsə bilməyəcəksiniz. 2053 və 2071 perspektivlərimizin yüksəlişini əngəlləmək siqə qismət olmayacaq. Ox yaydan çıxıb artıq. Türk milləti üzərindəki yüzillik külləri silkələyərək, qədim mədəniyyətinin inkişaf atəşini yenidən alovlandırıb. Bu yolda millətimizlə birlikdə olanlar böyük Türkiyədə yerini alır. Millətimizin qarşısında duranlar isə taleyinə razı olur".

 

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi