Modern.az

Kremldən Trampın Putini təbrik etməməsinə REAKSİYA

Kremldən Trampın Putini təbrik etməməsinə REAKSİYA

20 Mart 2018, 14:43

ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinə seçkilərdə qələbə münasibəti ilə təbrik göndərməməsinə rəsmi Kremildən rəy gəlib. Modern.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dimitri Peskov jurnalistlərə danışıb.


“Bunu pis bir addım kimi qiymətləndirmək lazım deyil. Putin ABŞ həmkarı ilə maraqlı və lazım olan sahələrdə münasibətlərin normallaşdırılmasına hazır olaraq qalır. Prezident digər xarici ölkələrdən daha çox təbriklər alır. Kimisi qrafikin yoğunluğuna görə, kimisi isə başqa səbəblərə görə zəng edə bilmir. Burada qabardılacaq bir şey yoxdur. Və nəhayət, sabah gecədən daha xeyirlidir” – deyə Peskov açıqlama verib.

Onun sözlərinə görə, teleqram vasitəsilə gələn təbriklərin siyahısı çox böyükdür və Peskov ABŞ-dan hər hansı teleqramın olmağını da dəqiq deyə bilmir.

Qeyd edək ki, ABŞ bundan əvvəl Rusiyadakı seçkilərin nəticələrinə rəy bildirib.

“Biz seçkilərin nəticələrinə təəccüblənmədik” – deyə Ağ Evin mətbuat katibinin müavini Hoqan Hildi bildirib.

 
Əvəz Zeynalov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi