Modern.az

Xaləddin İsgəndərov Binəqədidə Novruz şənliyi təşkil etdi - FOTOLAR  

Xaləddin İsgəndərov Binəqədidə Novruz şənliyi təşkil etdi - FOTOLAR   

Aktual

20 Mart 2018, 14:58

Martın 19-da “Cümhuriyyət ili” çərçivəsində Binəqədi rayonunda yerləşən Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Novruz bayramı münasibətilə “Vətənimin seyrinə çağırıram elləri!" keçirilib.

Modern.az-ın məlumatına görə, keçirilən festivalda rayon rəhbərliyi, o cümlədən icra başçısı Xaləddin İsgəndərov, millət vəkilləri, Mərakeş, Latviya, Ruminiya, Özbəkistan, Misir, Fələstin, Türkmənistan Respublikasının səfirləri və səfirliklərinin nümayəndələri, rayonun icra strukturlarının və hüquq-mühafizə orqanlarının rəhbərləri, “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Öncə ululuq və ağsaqqallıq rəmzi sayılan Dədə Qorqud bayram münasibəti ilə rayon sakinlərini və qonaqları təbrik edərək, Bahar bayramında ölkəmizə bol ruzi-bərəkət və əminamanlıq arzulayıb. Şərbətlə qarşılanan qonaqları Azərbaycan Xalq Cümhuriyyəti illərində yaşayıb yaratmış ədəbiyyatımızın klassiklərindən Əhməd Cavad, Hüseyn Cavid, Həsən bəy Zərdabi, Üzeyir Hacıbəyov, Məhəmməd Hadi, Əli bəy Hüseynzadə obrazları salamlayıblar.


Respublikamızın zonaları üçün ayrılmış çadırlarda qonaqlara və sakinlərə bölgələrin müxtəlif mədəni, tarixi nümunələri, milli geyimləri, turizm potensialı və mətbəx nümunələri təqdim edilibr. Azərbaycanın çoxəsrlik maddi-mədəni irsini, qədim milli adət-ənənələrini özündə əks etdirən eksponatlar və milli mətbəx nümunələri rayon ictimaiyyətinin və qonaqların böyük marağına səbəb olub.
O cümlədən, qonaqlara “Novruz gəlir” mahnısı, Yallı rəqs nümunələri göstərilib və Qədim ənənələrimizin canlandırıldığı şənlikdə Dədə Qorqud bayram tonqalını qalamaqla bu şad gündə el-obanı birliyə, həmrəyliyə dəvət edib.                                                                    

Tarixi min illərlə ölçülən, mənəvi irsimizi, mədəni dəyərlərimizi, milli xarakter və düşüncəmizi, həyat tərzimizi özündə ehtiva edən ənənələrlə zəngin Novruzun gəlişi münasibətilə təşkil olunan“Vətənimin seyrinə çağırıram elləri!" sakinlər tərəfindən böyük maraqla qarşılanıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır