Modern.az

İstanbulun Aksarayında qara işlər... - Müsəlman qadınların kirli məkanından REPORTAJ  

İstanbulun Aksarayında qara işlər... - Müsəlman qadınların kirli məkanından REPORTAJ   

20 Mart 2018, 15:34

İstanbulun bir səmti var - Aksaray. Bu yer tarixi səmtlərdən olsa da, bir o qədər də insanların ehtiyatla yanaşdığı bölgədir. Burda alış-veriş mərkəzləri, topdansatış məntəqələri və çox sayda kiçik otellər yer alır. Deyə bilırsiniz ki, burda nə var? Azərbaycandan da Türkiyəyə səfər edən çox insanın yolu burdan keçir. Alış-veriş edənlər, nisbətən ucuz olan otellərdə qalanlar və s. O üzdən bu səmtin İstanbuldakı sorağından yazaq.

Əslində Aksarayda gəzmək o qədər də asan məsələ deyil. Özəlliklə də axşamlar... O üzdən yolumu burdan gündüz salmağa çalışdım. Bu işdə mənə İstanbuldakı yaxınlarımdan Sait yardımçı oldu. Çünki  Aksarayda şəkil çəkmək də o qədər asan deyil. İstanbulda yerli insanlar bu səmti yalnız keçid nöqtəsi kimi istifadə edirlər. Nəzərə  alaq ki, şəhərin ən böyük metro keçidi burdadır. Əslində, Aksaray tarixi səmtdir və burda tarixi Validə Sultan camisi var ki, hər gün yüzlərə insan bu tarixi ibadətgahı ziyarətə gəlir.

Modern.az üçün Aksaraydayıq...

Bəs gün içərisində bu tarixi səmtin arxa küçələrində nələr olur? Səmt sakinlərinin izah etdikləri Aksaray qaynar bir iş mərkəzidir. Amma bu səmtdə yaşayan insanlar axsamlar narkotik satanlardan, fahişəlik edənlərdən, suriyalı qaçqınlardan, oğurluqla məşğul olanlardan zinhara gəldiklərini deyirlər.
Aksaray istiqamətində ərəbcə lövhələr o qədər artıb ki, bəzən Türkiyədə olduğunu belə unudursan. 

Aksarayda yerdikcə, əslində Türkiyənin bir dünyaya qucaq açdığını görmək olar. Dünyanın dörd bir yanından gələn insanlar var burda. Aksarayda köhnə dükana girirəm. Baqqal yaşlı bir insandı. Sonradan adının Mustafa olduğunu öyrəndim. Mustafa dayı deyir ki, gəncliyində buralar çox fərqli idi.

"Aksarayda ev çox idi. Həkim, müəllim çox yaşayardı. Pavilyonlar demək olar ki, yox idi. Ziyalı insanlar bura gəzməyə gələrdi. Amma Aksaray çox dəyişdi, indi yerlidən çox xaricilər var. Diskobarlar artdı burda. Başqa ölkələdən bura əxlaqsızıq etməyə gələn qadınların sayı çoxaldı.  İndi Aksaray dedikdə fahişələrin məkanı ağıla gəlir. Təəssüf, bu imici qaldırmaq olmur". 

Əslində bu səmtdə işində-gücündə olan insanlar çoxdur. Amma onların işləri də bəzən narkotik satıcıları, fühuş edənlər üzündən axsayır. 

Polis bu bölgədə ən çox gürcülərlə mübarizə aparır. Səmtdə məskunlaşan gürcülər son illər getdikcə artmaga başlayıb. Qadınlar baxıcılıq etsə də, kişilıər daha çox nartkotik satışı ilə məşguldur. Gürcülər bahalı evlərdə qalır, bu səmtdə acıq narkotik satışı ilə məşgul olurlar. 

Aksaray səmtində 35 ildi çay evi işlədən Hidayət Avcı deyir ki, əvvəllər buralara Rusiya, Ukrayna, Bolqarıstandan gələnlər çox idi.

"İndi isə Azərbaycan, Gürcüstan və Ermənistandan gələnlərin sayı çoxalıb. Son 5 ildə isə Özbəkistan, Türkmənistan, Qırgızıstandan gələn qadınlar çoxluq təşkil edir. Ermənilər, rusların  burda fahişəliklə məşgul olmasına təəccüblənmirik. Çünki buŞ çox zaman belə olub. Amma müsəlman dövlətlərindən gələnlər bizi çox üzür".

Aksraydakı taksi duracağından köhnə taksiçi Möhsün dayı deyir ki, artıq bu səmtdə işləmək onlara da çətinləşib. 

"Əvəllər biz gəlib yolcu daşıyardıq. Mən axşam növbəsində taksi sürürdüm. İndi axsamlar burda yerli əhalini tapmaq olmur. Biz qısa məsafələrə fahişə qadınlar daşıyırıq. Minirlər taksiyə, arxa küçələrdə enirlər. Polisdən qaçırlar yəqin. Mən bu yaşda utanıram. Amma başqa çarə yoxdu. Axsam saat 10-dan sonra bura çox fərqli olur. Son zaman türkmən və özbək qadınlara rast gəlirsən. Bir dəfə həmin qadınlardan birindən niyə bu yola düşdüyün soruşdum. Dedi əvvəl polis olub. Ölkəsində 150 dollar maaş alırmış. Bilmədim qadına üzülüm, ya qınayım. Gecələr bu səmtdə silah səsi eşitmək artıq təəccüblü gəlmir".


Aksaray səmtində demək olar ki, hər həftə polis əməliyyat keçirir. Təmizləmə işləri aparırlar. Amma xeyri yoxdu. Bu səmtdə barlara girə bilmədim. Təhlükəli olduğu üçün o riski almadım.Bəlkə bir neçə il öncə olsaydı, risk edərdim.

Türkiyənin ünlü fotoqrafı Murat Şaka düz bir il boyunca Aksaraya gələn xarici qadınların gecə həyatını lentə alıb. Murat Şaka bildirr ki, bura İstanbulun "qurdlar sofrası"dır. Fotomüxbir Murat Şaka 1 il boyunca çəkdiyi şəkilləri yayımlayıb. Bu şəkilərə baxmaq yetər ki, Aksaray səmtində nələr baş verdiyini görə biləsən.
Murat Şakayla bununla baglı özəl müsahibəmiz olacagı üçün detalları yazmırıq..

Amma yenə də  İstanbula gəlib Aksarayı görmədən getməyin. Sadəcə axşam saat 10-dan sonra bura yolunuz düşərsə, cibinizdən və ağlınızdan muğayat olun. Çünki burda gecələr öncə ağlınızı, sonra cibinizi çalırlar...



Məhsəti Şərif,
İstanbul

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...