Modern.az

Kişinyovun mərkəzində partlayış - 2 ölü

Kişinyovun mərkəzində partlayış - 2 ölü

Aktual

20 Mart 2018, 15:51

Moldovanın paytaxtı Kişinyovda partlayış baş verib, ölənlər var. Modern.az xəbər verir ki, bu barədə “Ria Novosti” məlumat yayıb.

“Bir neçə dəqiqə əvvəl Armyanskaya-Mateeviç küçəsində yerləşən ərzaq dükanında iki nəfərin ölümü ilə nəticələnən partlayış baş verib” - polis idarəsainin mətbuat xidməti məlumat verib.

Kşinyovun mərkəzinin çəmbərə alındığı bildirilir.

“Sputnik Moldova”nın şahidlərin ifadələri əsasında verdiyi məlumata görə, hadisə satıcı ilə müştəri arasında mübahisədən sonra baş verib. Qeyd olunur ki, müştəri hansısa məhsulu pulsuz almaq istəyirmiş. Rədd cavabından sonra çölə çıxıb və içəri əl qumbarası atıb.


Əvəz Zeynalov

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır