Modern.az

Şəhriyar bu gün erməni şahmatçı ilə qarşılaşacaq

Şəhriyar bu gün erməni şahmatçı ilə qarşılaşacaq

Aktual

20 Mart 2018, 16:12

Almaniyanın paytaxtı Berlin şəhərində keçirilən şahmat tacına iddiaçılar turnirində bu gün 9-cu turun oyunları keçiriləcək.

Modern.az xəbər verir ki, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov budəfəki görüşündə erməni şahmatçı Levon Aronyanla qarşılaşacaq.

Qeyd edək ki, bu, tərəflərin turnirdəki 2-ci qarşılaması olacaq. İlk oyun heç-heçə ilə başa çatıb.

9-cu tur

Levon Aronyan (Ermənistan) - Şəhriyar Məmmədyarov (Azərbaycan)
Uesli So (ABŞ) – Aleksandr Qrişuk (Rusiya)
Fabiano Karuana (ABŞ) – Dinq Liren (Çin)
Sergey Karyakin (Rusiya) – Vladimir Kramnik (Rusiya)

Turnir cədvəli: Karuana – 5,5 xal, Məmmədyarov – 5, Qrişuk – 4,5, Dinq – Liren 4, Kramnik, Karyakin - 3,5, Aronyan, So – 3

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır