21 iyul 2018, Şənbə
Ana Səhifə - MƏDƏNİYYƏT - Mehriban Əliyeva səfir xanımlarını bir araya gətirdi - FOTOLAR - YENİLƏNİB  
Mehriban Əliyeva səfir xanımlarını bir araya gətirdi - FOTOLAR - YENİLƏNİB   +
20.03.2018, 17:30

Martın 20-də - Novruz bayramı günündə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Bakıda diplomatik missiya rəhbərlərinin həyat yoldaşları ilə görüşüb.

Modern.az xəbər verir ki, ölkəmizdə akkreditə olunan diplomatik missiya rəhbərlərinin həyat yoldaşları ilə görüşməkdən şad olduğunu bildirən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva deyib:

"Əziz qonaqlar.

Əziz dostlar.

Mən hamınızı salamlayıram və Novruz bayramı, həmçinin fürsətdən istifadə edərək bu yaxınlarda qeyd olunan Beynəlxalq Qadınlar Günü münasibətilə Sizə təbriklərimi çatdırıram. Novruz Azərbaycanda ən qədim və sevimli bayramlardan biridir. Novruz yazın rəmzidir və mən sizin hər birinizə və ailələrinizə cansağlığı, böyük xoşbəxtlik və sevgi arzulamaq istərdim. Mən, həmçinin sizin burada - Azərbaycanda təmsil etdiyiniz ölkələrə hörmətimi ifadə etmək, xalqlarınıza sülh və əmin-amanlıq arzu etmək istərdim. Mən “HOMS Qrupu Səfir Xanımları Cəmiyyəti”nin fəaliyyətini yüksək qiymətləndirirəm. Sizin şəxsi səviyyədə fəaliyyətiniz ölkələrimiz arasında əlaqələrin inkişafına böyük töhfə verir.

Əziz dostlar, Azərbaycan tarixən müxtəlif mədəniyyətlərin, millətlərin və dinlərin nümayəndələrinin sülh və harmoniya içərisində yaşadığı məkan olub. Bu gün müasir Azərbaycanda biz fəxr edirik ki, ölkəmiz dünyanın mədəniyyətlərarası dialoq və multikulturalizm mərkəzlərindən biri kimi yaxşı tanınır. Bu il bizim üçün çox əlamətdar bir ildir. Yüz il bundan əvvəl Azərbaycan xalqı müsəlman dünyasında ilk parlamentli demokratik respublikanın əsasını qoydu. Əfsuslar olsun ki, o, cəmi 23 ay yaşadı. Lakin Azərbaycan Xalq Cümhuriyyəti bir sıra böyük əhəmiyyət kəsb edən qərarlar, o cümlədən qadınlara səs vermək hüququnun verilməsi ilə bağlı qərar qəbul etdi. Bu gün müasir Azərbaycanda biz dövlətçilik, demokratiya və hüquqların bərabərliyi ənənələrini qoruyub saxlayırıq. Müasir Azərbaycanda qadınlarımız həyatımızın müxtəlif sahələrində çox fəaldırlar. Onlar siyasi, iqtisadi və sosial sahələrdə fəaldırlar. Müstəqilliyimizin bərpasından sonra üzləşdiyimiz çətinliklərə baxmayaraq, Azərbaycan öz sürətli inkişafını təmin edə bildi. Biz siyasi, iqtisadi və sosial sahələrdə bir çox mühüm addımlar atmışıq. Bu gün Azərbaycan təkcə region üçün deyil, həm də Avropa üçün əhəmiyyət kəsb edən infrastruktur, enerji və nəqliyyat sahələrində bir çox genişmiqyaslı layihələr həyata keçirir. Azərbaycan Şərq və Qərb sivilizasiyalarının kəsişməsində yerləşir və Azərbaycan həm Avropa Şurası, həm də İslam Əməkdaşlıq Təşkilatının üzvü olan az sayda ölkələrdən biridir.

Əziz dostlar, bu gün əfsuslar ki, bütün dünyada çox sayda münaqişə, müharibə, yüz minlərlə günahsız insanın öldürülməsinin şahidi olduğumuz bir dövrdə sülh və əmin-amanlığı təmin etməyin yolunun dialoq və qarşılıqlı hörmət olduğunu nümayiş etdirmək çox vacibdir. Buna görə, Azərbaycan qarşılıqlı anlaşma və dialoq üçün beynəlxalq platformanın yaradılmasına bu qədər sadiqdir. Mən bir daha sizin hamınıza humanitar sahədə fəal mövqeyinizə, xeyriyyəçilik sahəsində fəaliyyətinizə görə minnətdarlığımı ifadə etmək istərdim. Mən tam əminəm ki, mehribanlıq və səxavətlilik dünyamızı daha da yaxşılaşdıra bilər. Mən inanıram ki, humanizm, mərhəmət və sevgi bizim həyatımızı daha da xoşbəxt edir. Mən bir daha sizə dərin təşəkkür edirəm. Sizin hamınızı salamlamağa çox şadam. Mən Novruz bayramı münasibətilə bir daha təbriklərimi çatdırıram. Bir daha sizin hər birinizə və ailələrinizə xoşbəxtlik arzulamaq istərdim və ümid edirəm ki, görüşümüzdən, Azərbaycan mətbəxi və gözəl Azərbaycan musiqisindən zövq alacaqsınız. Xoş gəlmisiniz. Novruz bayramınız mübarək!"

Görüşdə Fələstin Dövləti səfirinin xanımı Rohayu Binti KUTEP Bakıdakı diplomatik missiya rəhbərlərinin həyat yoldaşlarının adından çıxış edərək, Novruz bayramı münasibətilə Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik etmək imkanının onlar üçün böyük şərəf olduğunu bildirib. Mehriban Əliyevanın diplomatik missiya rəhbərlərinin həyat yoldaşları ilə görüşmək təşəbbüsünü yüksək dəyərləndirən Rohayu Binti Kutep Novruz bayramının insanları sülhə və həmrəyliyə səslədiyini vurğulayıb. Qeyd edib ki, bu bayram dostluğu təcəssüm etdirərək, yardıma ehtiyacı olanlara dəstək verməyi təlqin edir.

Azərbaycan haqqında fikirlərini bölüşən Fələstin Dövləti səfirinin xanımı ölkəmizin gənc müasir dövlət olduğunu deyib. Bildirib ki, Azərbaycan həm gələcəyə istiqamətlənən ölkədir, həm də minillərlə yaşı olan tarixini, zəngin irsini və mədəniyyətini qoruyub saxlayır. Rohayu Binti Kutep Azərbaycanda hökm sürən tolerantlığı yüksək dəyərləndirib, burada müxtəlif dinlərin və millətlərin nümayəndələrinin sülh şəraitində yaşadığını vurğulayıb. Fələstin Dövləti səfirinin xanımı dost Azərbaycan xalqına sülh, əmin-amanlıq və inkişaf arzulayıb, Novruz bayramı münasibətilə bir daha təbriklərini çatdırıb.

Sonda Birinci vitse-prezident Mehriban Əliyeva əməkdaşlıq, o cümlədən humanitar sahədə əlaqələrə bir daha toxunaraq deyib:


"Əminəm ki, daha güclü əməkdaşlıq qurmaq üçün bizim xüsusilə humanitar sahədə böyük potensialımız var. Çünki mən sizin xeyriyyəçilik fəaliyyətinizdən məlumatlıyam. Mən hər zaman onu dəstəkləyirəm. Qeyd etdiyim kimi, həqiqətən də inanıram, bu, elə bir sahə, elə bir fəaliyyətdir ki, çox şeyi dəyişə, çox problemlərin həllinə kömək edə bilər. Mən hər zaman sizin humanitar sahədə, xeyriyyəçilik sahəsində fəaliyyətinizi dəstəkləməyə hazıram. Mən hər zaman sizi görməyə, sizinlə görüşməyə çox şadam. Novruz bayramı münasibətilə təbriklərimi, ən xoş arzularımı çatdırıram. Böyük xoşbəxtlik və sevgi arzulayıram. Sağ olun".


Görüşün sonunda xatirə şəkli çəkdirilibi.

Diplomatik missiya rəhbərlərinin həyat yoldaşlarına Novruz sovqatları təqdim olunub.


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Kater qəzasında  ölənlərin sayı 17 nəfərə çatdı
21.07.2018, 00:15

Kater qəzasında  ölənlərin sayı 17 nəfərə çatdı

Nizami və Xətai rayonlarına elektrik verilişi bərpa olunub- "Azərişıq" ASC
20.07.2018, 23:57

Nizami və Xətai rayonlarına elektrik verilişi bərpa olunub- "Azərişıq" ASC

Goranboyda avtomobil piyadanı vuraraq öldürüb
20.07.2018, 23:46

Goranboyda avtomobil piyadanı vuraraq öldürüb

Azərbaycan nefti bahalaşıb
20.07.2018, 23:32

Azərbaycan nefti bahalaşıb

Paytaxtın bəzi əraziləri qaranlıqda qaldı: Mərdəkandakı DRES-də nasazlıq
20.07.2018, 23:05

Paytaxtın bəzi əraziləri qaranlıqda qaldı: Mərdəkandakı DRES-də nasazlıq

Kürdoğlu: “Atamın həyatı təhlükədədir”
20.07.2018, 22:57

Kürdoğlu: “Atamın həyatı təhlükədədir”

Baş nazir ölkədəki korrupsiyanın miqyasından şokdadır
20.07.2018, 22:43

Baş nazir ölkədəki korrupsiyanın miqyasından şokdadır

Bu məktəblərin şagirdləri ən yüksək nəticə göstəriblər
20.07.2018, 22:28

Bu məktəblərin şagirdləri ən yüksək nəticə göstəriblər

Adnan Oktarın İsrailə necə casusluq etdiyi bəlli olub
20.07.2018, 22:15

Adnan Oktarın İsrailə necə casusluq etdiyi bəlli olub

Suyun çirklənmə səviyyəsi artıb
20.07.2018, 21:59

Suyun çirklənmə səviyyəsi artıb

İsrail təyyarələri HƏMAS obyektlərini bombaladı
20.07.2018, 21:45

İsrail təyyarələri HƏMAS obyektlərini bombaladı

Bu rayona 6 ayda 22 min 898 turist gəlib
20.07.2018, 21:31

Bu rayona 6 ayda 22 min 898 turist gəlib

Füzulidə taxıl sahəsi yandı
20.07.2018, 21:16

Füzulidə taxıl sahəsi yandı

İlham Əliyevin Fransaya səfəri başa çatıb
20.07.2018, 21:06

İlham Əliyevin Fransaya səfəri başa çatıb

İranın neft anbarında partlayış: 2 ölü   
20.07.2018, 20:54

İranın neft anbarında partlayış: 2 ölü  

Bakıda intihar edən qızın yeni görüntüləri – Video
20.07.2018, 20:40

Bakıda intihar edən qızın yeni görüntüləri – Video

“Azərbaycan mediası özünün inkişaf dövrünü yaşayır” – Əli Həsənov
20.07.2018, 20:27

“Azərbaycan mediası özünün inkişaf dövrünü yaşayır” – Əli Həsənov

Su anbarında batan şəxsin meyiti tapıldı
20.07.2018, 20:14

Su anbarında batan şəxsin meyiti tapıldı

Nazir şikayətləri dinlədi
20.07.2018, 20:01

Nazir şikayətləri dinlədi

İlham Əliyev Emmanuel Makronla Qarabağı müzakirə etdi - YENİLƏNİB
20.07.2018, 19:53

İlham Əliyev Emmanuel Makronla Qarabağı müzakirə etdi - YENİLƏNİB

Tələbələrin köçürülməsi ilə bağlı sənəd qəbulu başa çatıb
20.07.2018, 19:51

Tələbələrin köçürülməsi ilə bağlı sənəd qəbulu başa çatıb

Keçmiş baş məşqçi “Çelsi”ni məhkəməyə verir
20.07.2018, 19:40

Keçmiş baş məşqçi “Çelsi”ni məhkəməyə verir

Şamaxı sakini həmyerlisinin maşınını vurub aşırdı
20.07.2018, 19:27

Şamaxı sakini həmyerlisinin maşınını vurub aşırdı

Erməni çağırışçılar kütləvi dava saldılar
20.07.2018, 19:22

Erməni çağırışçılar kütləvi dava saldılar

“Nar TV” xidmətinə qoşul, pulsuz TV tüner əldə et!
20.07.2018, 19:09

“Nar TV” xidmətinə qoşul, pulsuz TV tüner əldə et!

700 bal toplayan abituriyentlər ilk dəfə DANIŞDILAR
20.07.2018, 19:00

700 bal toplayan abituriyentlər ilk dəfə DANIŞDILAR

Azərbaycan Fransa əlaqələrində pozitiv siqnallar
20.07.2018, 18:49

Azərbaycan Fransa əlaqələrində pozitiv siqnallar

Hacıqabulda qadın qohumunu bıçaqlayan şəxs tutulub
20.07.2018, 18:28

Hacıqabulda qadın qohumunu bıçaqlayan şəxs tutulub

Prezident Belçika Kralını təbrik edib
20.07.2018, 18:15

Prezident Belçika Kralını təbrik edib

Hakerlər 1,5 milyon pasientin məlumatlarını ələ keçirdi
20.07.2018, 18:12

Hakerlər 1,5 milyon pasientin məlumatlarını ələ keçirdi

Bakıda MDB Daxili İşlər Nazirləri Şurasının iclası keçirilib 
20.07.2018, 18:03

Bakıda MDB Daxili İşlər Nazirləri Şurasının iclası keçirilib 

700 bal toplayan abituriyent: “Həyəcandan əllərim əsir, ürəyim döyünür”
20.07.2018, 17:48

700 bal toplayan abituriyent: “Həyəcandan əllərim əsir, ürəyim döyünür”

Ermənistanda xarici diplomatın evi yarıldı
20.07.2018, 17:46

Ermənistanda xarici diplomatın evi yarıldı

Nazir  Qazaxda mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub
20.07.2018, 17:36

Nazir  Qazaxda mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub

Təhsil Nazirliyi jurnalistləri mükafatlandırdı
20.07.2018, 17:27

Təhsil Nazirliyi jurnalistləri mükafatlandırdı

ARXİV