Modern.az

Türkiyə və Gürcüstan arasındakı sərhəd-keçid məntəqəsi müvəqqəti bağlanacaq

Türkiyə və Gürcüstan arasındakı sərhəd-keçid məntəqəsi müvəqqəti bağlanacaq

20 Mart 2018, 22:49

Sabah Türkiyə v Gürcüstan sərhədindəki Sarp sərhəd-keçid məntəqəsi saat 08.00-dan saat 20.00-a qədər bağlı olacaq.

 

Modern.az türk mediasına istinadən verdiyi məlumata görə, bu barədə bu gün Türkiyə Gömrük və Ticarət Nazirliyi məlumat yayıb.

 

Sərhəd-keçid məntəqəsi saat 08.00-dan saat 20.00-a qədər yük və minik avtomobilləri üçün bağlı olacaq. Nazirliyin məlumatında bildirilir ki, Sarp sərhəd-keçid məntəqəsinin modernləşdirilməsi çərçivəsində  Gürcüstan tərəfdə inşaat işləri aparılır və bu səbəbdən sərhəd-keçid məntəqəsinə giriş-çıxışlar Türkiyədən çıxış istiqaməti iki hissəyə bölünərək aparılır. Artıq Gürcüstanda sərhəd-keçid məntəqəsindən giriş istiqamətində inşaat işləri başa çatıb, Türkiyənin çıxış istiqamətində də inşaat işlərinin davam etdirilməsi planlaşdırılır: "Aparılan inşaat işləri ilə əlaqədar Sarp sərhəd-keçid məntəqəsi martın 22-də saat 08.00-dan saat 22.00-a qədər  müvəqqəti fəaliyyət göstərməyəcək, yük və minik avtomobilləri üçün bağlı olacaq".

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir