Modern.az

Milli Məclis bir şəxsin iki dəfə Ombudsman seçilməsinə razılıq verdi

Milli Məclis bir şəxsin iki dəfə Ombudsman seçilməsinə razılıq verdi

26 Noyabr 2009, 14:04

Milli Məclisin noyabrın 26-da keçirilən iclasında Azərbaycan Respublikasının insan haqları üzrə müvəkkili (Ombudsman) haqqında Konstitusiya qanununa 2009-cu il 18 mart tarixli referendumun nəticəsində qəbul edilmiş dəyişiklik təkrar səsvermədən keçib. Modern.az xəbər verir ki, Konstitusiya qanununa edilən dəyişiklik ombudsmanın səlahiyyət müddəti ilə bağlıdır. Əvvəlki qanuna görə, İnsan Haqları üzrə Müvəkkil postuna eyni adam bir dəfədən artıq seçilə bilməz, təkrar səsvermədən keçən Konstitusiya qanununun 4.2-ci maddəsinə edilən dəyişikliklərə əsasən isə eyni şəxs müvəkkil vəzifəsinə iki dəfədən artıq seçilə bilməz. Eyni zamanda yeni Ombudsman seçilənə qədər əvvəlki Ombudsman onu əvəz edə bilər. Müvəkkilin səlahiyyət müddəti bitdiyi gün yeni Ombudsman seçilmədikdə o, səlahiyyatının icrasını davam etdirir. Onun səlahiyyatı yeni müvəkkilin seçildiyi gündən bitmiş hesab olunur.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi