Modern.az

Bakıda mərhum jurnalistin evi yanıb kül oldu - FOTOLAR  

Bakıda mərhum jurnalistin evi yanıb kül oldu - FOTOLAR   

21 Mart 2018, 09:43

Ötən gecə Sabunçu rayon, Pirşağı qəsəbəsindəki “Məşəl” düşərgəsinin ərazisində güclü yanğın hadisəsi baş verib. Modern.az saytı xəbər verir ki, həmin düşərgədə məcburi köçkünlər məskunlaşıblar.

Məlumata görə, yanğın mərhum jurnlist Zabil Müqabiloğlunun bacısının yaşadığı mənzildən başlayıb.


Faktı Zabilin bacısı Sevinc Əliyeva da təsdiqləyib.

“Dünən gecə vaxtilə Zabilin - indi bizim yaşadığımız evi yandırıblar, hər şey kül olub”,-deyə Sevinc Əliyeva bildirib.

O, hadisənin başvermə səbəbi barədə hələ heç nə bilmədiklərini deyib:

“Hələ heç nə bilmirik, araşdırmaq lazımdır”.

Sevinc Əliyeva deyib ki, hadisə baş verən zaman mənzildə olmayıblar: "Dünən gecə - bayram axşamı xalamgildəydik, evdə yox idik".

O, yanğının qəsdən törədildiyindən şübhələndiklərini bildirib.

Fövqəladə Hallar Nazirliyininin hadisə ilə bağlı məlumatında deyilir:

"Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 85 m2 olan birmərtəbəli 2 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 30 m2, dam örtüyününün yanar konstruksiyaları, bitişik ümumi sahəsi 97 m2 olan birmərtəbəli 2 otaqlı evin mətbəxinin dam örtüyünün yanar konstruksiyaları 2 m2 sahədə yanıb. Hər iki evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb".

Qeyd edək ki, yanan evlərdən biri Zabil Müqabiloğlunun ata evidir. Mərhum jurnalistin ata-anası vəfat etdiyindən orada bacısı Sevinc Əliyeva tək yaşayırdı. 

Zabil Müqabiloğlu 1977-ci il noyabrın 17-də Zəngilan rayonunun Babaylı kəndində anadan olub. Bakı Asiya Universitetinin Jurnalistika fakültəsini bitirib. 1996-1998-ci illərdə hərbi xidmətdə olub. 1998-ci ildən mətbuatdadır. "525-ci qəzet", "Avropa", "Tərcüman", "Yeni Müsavat" qəzetlərində çalışıb.

Z.Müqabiloğlunun son iş yeri təsisçisi olduğu gunxeber.com saytı olub.

Uzun müddət qaraciyər xəstəliyindən əziyyət çəkən Z.Müqabiloğlu 2017-ci il fevralın 27-də vəfat edib. Onun Əli adlı bir oğlu yadigar qalıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu