Modern.az

Prezident könüllü şəkildə istefa verdi

Prezident könüllü şəkildə istefa verdi

21 Mart 2018, 10:14

Myanmanın 71 yaşlı prezidenti Txin Çjo martın 21-də vəzifəsindən istefa verib.

Modern.az saytı “Ria Novosti”yə istinadən xəbər verir ki, Txin Çjo istefası barədə açıqlamasında bunun səbəbini izah edib. O qeyd edib ki, öz arzusu ilə səlahiyyətlərinə xitam verilməsini xahiş edib və artıq dincəlmək istəyir.

Yaxın 7 gün ərzində ölkənin yeni prezidenti seçilməlidir.

Qeyd edək ki, Txin Çjo 2016-cı ilin martından dövlət başçısı postunu tuturdu.

Xatırladaq ki, Myanma son illər müsəlmanlara divan tutulan ölkə olaraq tanınır. Ötən ilin ortalarından Myanma ordusu ölkənin Arakan ştatında yaşayan dinc əhaliyə -yerli müsəlmanlara qarşı vəşhilik nümayiş etdirir. Nəticədə on minlərlə insan öz yurdundan didərgin salınıb, onların evləri yerlə-yeksan edilib, özləri qonşu Banqladeşə qaçmağa məcbur olublar. Bu hücumlar zamanı onlarla müsəlman qətlə yetirilib.

Faktiki olaraq müsəlman əhaliyə qarşı etnik təmizləmə həyata keçirilib.

Qeyd edək ki, Myanmada 1 milyonadək müsəlman rohinca yaşayır, lakin bu xalq illərdir ki, onları vətəndaş kimi tanımayan hakimiyyət tərəfindən incidilir.

Bundan başqa, rohincalar ölkənin əsas dini icması olan buddistlər tərəfindən diskriminasiyaya məruz qalırlar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir