Modern.az

Tramp “Ağ ev”in məsləhətini niyə qulaqardına vurdu...   

Tramp “Ağ ev”in məsləhətini niyə qulaqardına vurdu...    

21 Mart 2018, 11:24

ABŞ prezidenti Donald Tramp məsləhətçilərinin xəbərdarlığına baxmayaraq, Rusiya prezidenti Putini təbrik edib.
Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, Donald Tramp Rusiyada yenidən prezident seçilən Vladimir Putinə zəng edib. İddia edilir ki, Tramp beynəlxalq təhlükəsizlik üzrə məsləhətçilərin xəbərdarlığını qulaqardına vurub.

"Ağ ev"in nümayəndələri Trampa Putini təbrik etməməyi tövsiyə etsə də, prezident Rusiya başçısına sekilərdəki uğuruna görə gözaydınlığı verib.

ABŞ prezidenti "Ağ ev"də Səudiyyə Ərəbistanının şahzadəsi Mühəmməd ibn Salmanla görüşü zamanı məsələyə aydınlıq gətirib:

"Çox uzaq olmayan gələcəkdə ehtimal ki, Rusiya ilə yollarımız birləşəcək. Silahları və getdikcə nəzarətdən çıxan silahlanma yarışını müzakirə edə bilərik. Lakin heç kimin bizim hazırda sahib olduqlarımıza əl uzatmasına imkan verə bilmərik. Putinlə Ukrayna, Suriya və Şimali Koreyanı danışa bilərik".

Qeyd edək ki, Rusiyada prezident seçkiləri martın 18-də keçirilib və hazırkı prezident Putin 76,68 faiz səs toplayıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı