Modern.az

Afrin xalqı 18 terroçunu orduya təslim etdi  

Afrin xalqı 18 terroçunu orduya təslim etdi    

21 Mart 2018, 11:31

Afrində 9 kəndin əhalisi və icra nümayəndələri 18 terrorçunu Türkiyə Silahlı Qüvvələrinə təslim edib. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə Silahlı Qüvvələrin Baş Qərargahı məlumat yayıb. Həmçinin, Türkiyə Silahlı Qüvvələri öz sosial şəbəkə hesabında hücuma hazırlaşan 12 silahlı terror təşkilatı üzvlərinin zərərsizləşdirilməsi ilə bağlı paylaşım edib.
Qeyd edək ki, Azad Suriya Ordusu Afrinin mərkəzində nəzarəti tam olaraq ələ keçirib. Əməliyyatlara Türkiyə Silahlı Qüvvələri dəstək olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı