Modern.az

Qənirə Paşayeva: “Bu kitabı vücuda gətirən qadını daha yaxşı tanımanızı istəyirəm!”

Qənirə Paşayeva: “Bu kitabı vücuda gətirən qadını daha yaxşı tanımanızı istəyirəm!”

Ədəbi̇yyat

21 Mart 2018, 12:37

Türk dünyasının dünyada tanınmış fəal qadınlarından olan Madalet Başusta haqqında “Madalet Başusta-Buludlara dokunmak” kitabının Bakıda təqdimatı keçirilib.  

     
Modern.az xəbər verir ki, Madalet Başusta və ailə üzvlərinin, ziyalıların, millət vəkillərinin, QHT və KİV rəhbərlərinin, səfirlik rəsmilərinin də iştirak etdiyi tədbirdə öncə kitabın ön söz yazarı, millət vəkili, siyasi elmlər doktoru, tədbirin təşkilatçısı olan “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin sədri  Qənirə Paşayeva çıxış edib. O, kitabın ölkəmizdə təqdimatının həyata keçirilməsinə dəstək verməkdən məmuniyyət duyduğunu deyib.

Q.Paşayeva özəlliklə gənc qızları kitabı oxumağa çağırıb. “Bu kitabı vücuda gətirən qadını daha yaxşı tanımanızı istəyirəm. Madelet Başusta kəlimənin tam anlamıyla bir “Cümhuriyyət Qadını”dır. Böyük Atatürkün xəyalındakı Türk kadını… Bu günkü və gələcək nəsillərin örnək alacağı Türk qadını… O, həyatını böyük mücadilələrlə; yuxusuz gecələr bahasına və böyük zəhmətlə, əziyyətlə qazanan bir qadın. O, özünü var edən, yenidən yaradan bir qadındır. I Dünya Savaşından sonra ailəsi, Atatürkün yanında yer alaraq milli mücadiləyə dəstək verib və Türkiyə Cümhuriyyətinin qurulmasında böyük işlər görüblər. Madelet xanım isə Türk gənclərinə örnək və rol model olacaq biriydi və oldu da… 50 il öncə “qadından pilot olmaz” deyildiyində, o, 13 yaşında pilot olmağı bacara bilən və göylərə adını yazan bir qadındır. O, yaşadığı dövrdə qızlar üçün xəyal belə edilməyəcək bir yolu seçərək paraşütlə atlamada dünya ikincisi olan bir qadındır. O, qadın pilotların da hərbi təyyarələr sürməsinə icazə verilməsi üçün  rəsmi şəxslərə müraciət edən və icazə istəyən igid bir qadındır. O, Amerikaya Bostona Fletçerə qədər uzanan təhsil həyatını zirvədə tamamlamış, gənc yaşlarından etibarən iki xarici dili kamil şəkildə öyrənmiş bir qadındır. O, ziyarət üçün getdiyi Almanyada, qısa bir sürə sonra inşaat sektorunda Almanyanın ən böyük inşaat şirkətlərindən birini quran bir qadındır. O Almanyada Bremen Türk Alman qadınlar Birliyini quran, maddi və mənəvi dəstəkləyən və Türk kültürünün Almanyada yayılmasını sağlayan, oraya işçi olaraq gedən savadsız Türklərə sahip çıxan, onların qarşılaşdığı problemlərin çözümündə onlara dəstək olan bir qadındır. O, etdiyi böyük işlərə görə Almaniya prezidenti tərəfindən çox az sayda insana verilən ləyaqət medalına sahibdir. O, Türkiyə Cümhuriyyəti Cumhurbaşkanlarının çoxu tərəfindən, ölkəyə xidmətlərindən dolayı ödülləndirilən bir qadındır. O, 1999 Adapazarı zəlzələsində də ilk günden etibarən xalqın içində olan, Adapazarında qurulan ən böyük çadır şəhərciyinə bir TIR dolusu ilk yardımı çatdıran və acı içindəki insanlara dəstək olaraq onların acılarını dindirməyə çalışan, öz pulu ilə yetim qalan uşaqlar üçün “kimsəsizlər yurdu” açan bir qadındır. O, Türkiyə üçün önəmli xidmətlərin müəllifi, “əsl inkişaf  iqtisadiyyatla deyil təhsillə olur” deyərək, çox sayda istedadlı gəncə oxudub onların yaxşı təhsil almasına dəstək olan,  bu istiqamətdə müxtəlif layihələr hazırlayan və həyata keçirən bir qadındır. O, Dünya İş Qadınları Dərnəyinin fəxri üzvüdür. O, kəlimənin tam anlamıyla “Türk Qadını”dır. O iman əhli bir qadındır! Allah sevgisi isə onun dilində deyil, daha çox həyatında, davranışlarında, iş əxlaqında, çalışmalarında və əməllərindədir. O, gözəl bir insan, dəyərli bir dost, vazgeçilməz bir həyat yoldaşı, vətənə sevdalı örnək bir qadındır. Dəyərli dostlar, bu kitabı oxuyun!. “Əgər bir qadın özünü necə yetişdirə bilər”, deyə düşünürsünüzsə, mutləq oxuyun! Bu kitabı qızınız üçün hədiyyə alın. Bu kitabın, qızınızın həyatını dəyişdirə biləcəyinə inanın. Bu kitabı hazırlayan, gözəl bir həyat yoldaşı, ziyalı olan Hüseyin Başustaya da təşəkkürlər. Sizə birlikde uzun və sağlıqlı bir ömür diləyirəm”.

Tədbirin təşkilatçılarından biri olan Avrasiya Beynəlxalq Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu da Madalet Başustanın Türk qadınlar ilə bağlı çalışmalarından danışıb və ona rəhbərlik etdiyi təşkilat adından mükafat təqdim edib.


ATXƏM sədri İlham İsmayıl da çıxış edərək Azərbaycan-Türkiyə münasibətləri və təqdimatı keçirilən kitabla bağlı fikirlərini bildirib və Türk dünyası qadınlarını bütün dünyada yüksək səviyyədə təmsil etdiyi üçün Madalet Başüstaya mükafat, plaket təqdim edib.


Madalet Başustanın həyat yoldaşı, uzun illər ərzində kitabı yüksək səviyyədə hazırlayan TRT-nin fəal əməkdaşlarından olmuş Hüseyn Başusta çıxış edərək Azərbaycanda kitabın yüksək səviyyədə təqdim olunmasında əməyi keçənlərə təşəkkürünü bildirib və ilk təqdimatın məhz Azərbaycanda keçirilməsinin onlar üçün böyük anlam daşıdığını deyib.


Hüseyn Başusta və kitabın rəhrəmanı Madalet Başusta təqdimatı təşkil edənlərə və təqdimat mərasimində iştirak edən hər kəsə təşəkkürünü bildirib.  Tədbirin sonunda bütün iştirakçılara “Madalet Başusta-Buludlara dokunmak” kitabı müəllifin imzası ilə hədiyyyə edilib.

Tədbir tanınmış sənətçi Oya Ergünün gözəl konsert proqramı ilə davam edib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır