Modern.az

Kabildə terror: 29 ölü, 52 yaralı- YENİLƏNİB  

Kabildə terror: 29 ölü, 52 yaralı- YENİLƏNİB   

21 Mart 2018, 16:48

Əfqanıstanın paytaxtı Kabildə törədilmiş terror aktı nəticəsində ölənlərin sayı 29-a yüksəlib. Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, yaralı sayı 52 nəfərə çatıb.

***

Əfqanıstanın paytaxtı Kabildə terror aktı törədilib.

Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, güclü partlayış nəticəsində 26 nəfər həlak olub, 18 nəfər isə yaralanıb.

Qeyd edilir ki, partlayış Kabil Universitetinin yaxınlığında insanların Novruz bayramını qeyd etdiyi zaman törədilib.

İlkin məlumata əsasən, partlayışı terrorçu-intiharçı törədib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır