Modern.az

Milli Məclis Astan Şahverdiyevi Türkmənistana göndərir

Milli Məclis Astan Şahverdiyevi Türkmənistana göndərir

21 Mart 2018, 13:12

Milli Məclisin deputatı Astan Şahverdiyev Türkmənistanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün martın 22-dən 27-dək bu ölkənin paytaxtı Aşqabadda səfərdə olacaq.

Modern.az xəbər verir ki,A.Şahverdiyev MDB İcraiyyə Komitəsinin beynəlxalq müşahidəçilər missiyasının tərkibində səsvermə günü müxtəlif məntəqələrdə seçkinin gedişini izləyəcək. Müşahidəçilər seçkiqabağı durumu dəyərləndirəcək, məntəqələrdə yaradılmış şəraitlə tanış olacaqlar. Seçki günü demokratiyanın tələblərinə riayət edilməsinə, seçicilərin hüquqlarının təmin olunmasına nəzər  yetirəcəklər.

Türkmənistanda növbəti parlament seçkiləri martın 25-də keçiriləcək. 

Türkmənistan parlamenti 125 deputatdan ibarətdir. Məclisə seçkilər 5 ildən bir keçirilir. 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!