21 yanvar 2019, Bazar ertəsi
Ana Səhifə - GÜNDƏM - Prezidentliyə namizədlər üçün daha bir püşkatma keçirildi - FOTOLAR  
Prezidentliyə namizədlər üçün daha bir püşkatma keçirildi - FOTOLAR   +
21.03.2018, 13:39

Aprelin 11-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar artıq seçki marafonunun əsas mərhələlərindən biri olan seçkiqabağı təşviqat dövrü başlayıb. Qanunvericiliyin tələbinə əsasən seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış başlayır və səsvermənin başlamasına 24 saat qalmış dayandırılır.


Seçkiqabağı təşviqat müddəti başlanandan sonra bir həftə müddətində qeydə alınmış namizədlər arasında dövlət dövri mətbuat nəşrləri tərəfindən ayrılmış pulsuz dərc yerinin bölgüsü məqsədilə püşkatma keçirilir. Rəsmi dövlət qəzeti olan “Azərbaycan” da namizədlərin ödənişsiz əsaslarla təşviqat materiallarına yer ayırıb.


Modern.az xəbər verir ki, “Azərbaycan” qəzetinin redaksiyasında namizədlərin təşviqat materiallarının səhifələrdə yerləşdirilməsi ardıcıllığını müəyyənləşdirmək üçün püşkatma keçirilib. Qeydə alınmış namizədlərin səlahiyyətli nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edən “Azərbaycan” qəzetinin Parlament və siyasət şöbəsinin redaktoru, redaksiya “Prezident seçkilərinə hazırlıq” qrupunun rəhbəri İxtiyar Hüseynli bildirib ki, rəsmi dövlət nəşri olan “Azərbaycan” qəzeti 11 aprel prezident seçkilərinin təbliğat və təşviqat kampaniyasında fəaliyyətini Azərbaycan Respublikasının Seçki Məcəlləsi və Mərkəzi Seçki Komissiyasının “Azərbaycan Respublikası Prezidentinin seçkilərində kütləvi informasiya vasitələri ilə seçkiqabağı təşviqatın aparılması qaydaları haqqında” Təlimatına əsasən müəyyənləşdirib. Qəzet prezidentliyə qeydə alınmış namizədlər üçün ödənişsiz əsaslarla təşviqat materiallarına yer ayırıb. Qanunvericiliyə uyğun olaraq həftə ərzində 8 min kv.sm, yəni 4 səhifə müəyyənləşdirilib.


İxtiyar Hüseynli əlavə edib ki, üç təşviqat həftəsi çərçivəsində 8 namizədin təşviqat materialları qəzetin bazar günü nömrələrində nəşr olunacaq: “Qəzetdə dərc ediləcək təşviqat materialları hər namizəd üçün A-2 formatlı qəzetdə yarım səhifə, yəni 1000 kv.sm nəzərdə tutulur. Biz 5 il öncə keçirilən prezident seçkilərinin təbliğat-təşviqat mərhələsində fərqli bir mexanizm təklif etdik. Hər həftə ardıcıllıq elə müəyyənləşdirildi ki, bütün namizədlər üçün bərabər təşviqat imkanları, bərabər təbliğat şəraiti yaradıldı. Təsadüfi deyil ki, 5 il öncə prezidentliyə namizədlərin seçki qərargahları bu mexanizmi ən ədalətli və obyektiv təşviqat modeli kimi dəyərləndirdilər. Bu dəfə də həmin mexanizmi davam etdiririk. Beləliklə, reklam materiallarının dərci ardıcıllığında ədalətlilik, bərabərhüquqluluq təmin olunacaq və  namizədlərin təşviqat materialları həftələr ərzində səhifələr və mövqelər üzrə dəyişiləcək”.  


Sonra namizədlərin səlahiyyətli nümayəndələrinin iştirakı ilə qəzetin 25 mart, 1 və 8 aprel tarixlərində dərc ediləcək ödənişsiz təşviqat materiallarının ardıcıllığını müəyyənləşdirən püşkatma keçirilib. Püşkatmanın nəticəsinə əsasən dərc ardıcıllığı belə müəyyənləşib:
 

  1. Sərdar Məmmədov
  2. İlham Əliyev
  3. Qüdrət Həsənquliyev
  4. Zahid Oruc
  5. Araz Əlizadə
  6. Fərəc Quliyev
  7. Razi Nurullayev
  8. Hafiz Hacıyev 


Püşkatmadan sonra səlahiyyətli nümayəndələri maraqlandıran bütün suallara aydınlıq gətirilib və nümayəndələr öz fikirlərini bölüşüblər.


Prezidentliyə namizəd İlham Əliyevin səlahiyyətli nümayəndəsi, YAP icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov: “Püşkatma çox obyektiv şəkildə keçirildi. Prezidentliyə namizədlərin səlahiyyətli nümayəndələri,  vəkilləri bütün prosesi izlədilər və prosedur qaydalarının ədalətli olduğunu açıq-aydın gördülər. Yəni püşkatmanın nəticəsi bütün tərəflərin razılığı ilə qarşılandı. Hesab edirəm ki, tam şəffaf şəkildə püşkatma keçirildi və namizədlərin təşviqatı müəyyən olunan sıralama ilə “Azərbaycan” qəzetində bərabər imkanlar əsasında dərc ediləcək. Bu da namizədlər üçün yaradılan münbit şəraitdir və prezidentliyə namizədlərin seçicilərə öz platformasını geniş təqdim etmələri üçün çox önəmlidir”.


Prezidentliyə namizəd Sərdar Məmmədovun vəkili Nurəddin İsmayılov: “Püşkatma çox ədalətli keçdi. Təşkilatçılıq yüksək səviyyədə idi. Hər bir namizəd üçün bərabər şərait yaradılıb. Bir sözlə, püşkatmadan çox razı qaldım. Hesab edirəm ki, bu, hər bir namizəd üçün yaradılan mükəmməl şəraitdir”.


Prezidentliyə namizəd Araz Əlizadənin səlahiyyətli nümayəndəsi Yaşar Əsədov:  “Prosedur qaydaları ilə bir daha tanış olduq. Püşkatma çox şəffaf  və ədalətli keçirildi. Artıq təbliğat-təşviqat kampaniyamızın rəsmi qəzetdə necə aparılması mexanizmi və bizə ayrılan yer bəllidir. İstərdik ki, namizədlərin digər mətbuat vasitələri və televiziyada da aparılan təbliğat kampaniyaları da yüksək səviyyədə təşkil olunsun”.


Prezidentliyə namizəd Razi Nurullayevin səlahiyyətli nümayəndəsi Mehriban Sadıqova: “Püşkatma çox obyektiv keçdi, prosedur qaydalarına tam əməl olundu. Hər bir nümayəndə özü püşkatmada təbliğat günlərini müəyyənləşdirdi. İnanıram ki, Prezident seçkilərində seçkiqabağı təşviqat ədalətli keçəcək. Hamıya uğurlar”.


Prezidentliyə namizəd Fərəc Quliyevin səlahiyyətli nümayəndəsi Həbib Ələkbərli: “Püşkatma obyektiv və şəffaf keçdi. Burada şübhəli heç bir məqam ola bilməz. Təqdirəlayiq haldır ki, namizədlərin püşkatmada götürdüyü yerlərdən asılı olmayaraq səhifədə yerləri tam ədalətli şəkildə yerləşdiriləcək. “Azərbaycan” qəzeti tərəfindən tərəfindən müəyyən edilən bu təşviqat ardıcıllığı mexanizmini çox müsbət dəyərləndirirəm”.


Prezidentliyə namizəd Zahid Orucun səlahiyyətli nümayəndəsi İlqar Kərimov: “Püşkatma tam şəffaf şəkildə keçirildi və biz nümayəndələr tam obyektivliyin şahidiyik. Bütün qaydalara riayət edildi, rəsmi dövlət qəzetində təşviqat ardıcıllığı müəyyənləşdi. Hesab edirəm ki, bu seçkilərdə hər bir namizəd üçün bərabər imkanlar yaradılıb”.  

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Nazxçıvanda Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edildi
21.01.2019, 19:20

Nazxçıvanda Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edildi

İlham Əliyev meksikalı həmkarına başsağlığı verdi
21.01.2019, 19:10

İlham Əliyev meksikalı həmkarına başsağlığı verdi

“WhatsApp”da hər kəsin gözlədiyi YENİLİK
21.01.2019, 19:00

“WhatsApp”da hər kəsin gözlədiyi YENİLİK

Tanınmış futbolçu karyerasını başa vurdu
21.01.2019, 18:49

Tanınmış futbolçu karyerasını başa vurdu

Prezident Mehman Hüseynovun işinin obyektiv və ədalətli araşdırılması ilə bağlı tapşırıq verdi
21.01.2019, 18:38

Prezident Mehman Hüseynovun işinin obyektiv və ədalətli araşdırılması ilə bağlı tapşırıq verdi

Azərbaycanda ÜDM açıqlandı - RƏSMİ
21.01.2019, 18:34

Azərbaycanda ÜDM açıqlandı - RƏSMİ

Hüquq müdafiəçiləri Mehman Hüseynova görə Prezidentdən xahiş etdilər
21.01.2019, 18:20

Hüquq müdafiəçiləri Mehman Hüseynova görə Prezidentdən xahiş etdilər

11 ayda 13 min 655 boşanma - Əhalinin sayı AÇIQLANDI   
21.01.2019, 18:13

11 ayda 13 min 655 boşanma - Əhalinin sayı AÇIQLANDI  

Hesablama Palatası Vergilər Nazirliyində nöqsanlar aşkarladı
21.01.2019, 18:08

Hesablama Palatası Vergilər Nazirliyində nöqsanlar aşkarladı

Hacı İsmayılova “Şöhrət” ordeni verildi - SƏRƏNCAM   
21.01.2019, 18:05

Hacı İsmayılova “Şöhrət” ordeni verildi - SƏRƏNCAM  

Əbülfəs Qarayev iki ölkənin səfirini qəbul etdi
21.01.2019, 17:40

Əbülfəs Qarayev iki ölkənin səfirini qəbul etdi

Babək prospektindəki təmir başa çatdı
21.01.2019, 17:37

Babək prospektindəki təmir başa çatdı

AZƏRTAC ispan dilində xəbər yayımına başladı
21.01.2019, 17:33

AZƏRTAC ispan dilində xəbər yayımına başladı

Suriyada ABŞ qüvvələrinə hücum: 5 ölü
21.01.2019, 17:28

Suriyada ABŞ qüvvələrinə hücum: 5 ölü

Oqtay Əsədov Səudiyyə Ərəbistanına təşəkkür etdi
21.01.2019, 17:25

Oqtay Əsədov Səudiyyə Ərəbistanına təşəkkür etdi

UNEC-də startap müsabiqəsi keçirilib
21.01.2019, 17:20

UNEC-də startap müsabiqəsi keçirilib

Manatın sabahkı MƏZƏNNƏSİ   
21.01.2019, 17:15

Manatın sabahkı MƏZƏNNƏSİ  

Qərbi Kaspi Universitetində qış imtahan sessiyası davam edir
21.01.2019, 17:14

Qərbi Kaspi Universitetində qış imtahan sessiyası davam edir

Səhnəmizin Mustafa müəllimi - Hacı İsmayılovun 75 yaşına...   
21.01.2019, 17:10

Səhnəmizin Mustafa müəllimi - Hacı İsmayılovun 75 yaşına...  

“Vikipediya”da Elza İbrahimova haqqında 8 dildə məqalə yaradıldı
21.01.2019, 16:59

“Vikipediya”da Elza İbrahimova haqqında 8 dildə məqalə yaradıldı

Yazıçı Eyruzun “Həsrət dolu məktublar”ı
21.01.2019, 16:51

Yazıçı Eyruzun “Həsrət dolu məktublar”ı

Əsgəranda 4 erməni dəm qazından zəhərləndi
21.01.2019, 16:42

Əsgəranda 4 erməni dəm qazından zəhərləndi

Afaq Məsudun kitabı Misirdə nəşr olundu
21.01.2019, 16:40

Afaq Məsudun kitabı Misirdə nəşr olundu

Rusiyaya qarşı “Skripal” işi ilə bağlı yeni SANKSİYA
21.01.2019, 16:35

Rusiyaya qarşı “Skripal” işi ilə bağlı yeni SANKSİYA

Usta işlədiyi evdən xeyli pul OĞURLADI
21.01.2019, 16:26

Usta işlədiyi evdən xeyli pul OĞURLADI

AŞPA-nın sədri seçildi
21.01.2019, 16:06

AŞPA-nın sədri seçildi

AŞPA üzvlərinin 2019-cu il üçün səlahiyyətləri təsdiq edildi
21.01.2019, 16:03

AŞPA üzvlərinin 2019-cu il üçün səlahiyyətləri təsdiq edildi

Mehman Hüseynov Prezidentə müraciət etdi
21.01.2019, 15:59

Mehman Hüseynov Prezidentə müraciət etdi

Agentlikdən dumanlı hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
21.01.2019, 15:57

Agentlikdən dumanlı hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Xəstəliklərə qarşı tədbirlər gücləndirilir
21.01.2019, 15:47

Xəstəliklərə qarşı tədbirlər gücləndirilir

Səməd Seyidov yenidən AŞPA-nın vitse-prezidenti seçildi
21.01.2019, 15:40

Səməd Seyidov yenidən AŞPA-nın vitse-prezidenti seçildi

Bağlanan bankların rəhbərləri barəsində araşdırma başladı
21.01.2019, 15:36

Bağlanan bankların rəhbərləri barəsində araşdırma başladı

Tələbələri qorxudan MƏQAM: Müəllimin səhlənkarlığı təqaüdün kəsilməsinə yol açır
21.01.2019, 15:30

Tələbələri qorxudan MƏQAM: Müəllimin səhlənkarlığı təqaüdün kəsilməsinə yol açır

İnkasator “Milli ön”dən 122 min 742 manat oğurladı
21.01.2019, 15:04

İnkasator “Milli ön”dən 122 min 742 manat oğurladı

Universitetlərdə qış imtahanları: yazılı, şifahi, test üsulu - Tələbələr nəzarətçilərdən NARAZIDIR   
21.01.2019, 15:00

Universitetlərdə qış imtahanları: yazılı, şifahi, test üsulu - Tələbələr nəzarətçilərdən NARAZIDIR  

Rektor: “Şəhidlərin xatirəsi UNEC-də daim ehtiramla yad edilir, əziz tutulur”
21.01.2019, 14:45

Rektor: “Şəhidlərin xatirəsi UNEC-də daim ehtiramla yad edilir, əziz tutulur”

İcra başçısının şəriki olduğu binaların sakinlərinə PROBLEM yaradılır
21.01.2019, 14:36

İcra başçısının şəriki olduğu binaların sakinlərinə PROBLEM yaradılır

Həbsdə olan erməni general Fransaya getmək istəyir
21.01.2019, 14:21

Həbsdə olan erməni general Fransaya getmək istəyir

İnam Kərimov bir neçə rayondan olan şikayətləri dinləyəcək
21.01.2019, 14:12

İnam Kərimov bir neçə rayondan olan şikayətləri dinləyəcək

Evdən qızıl və pul oğurlayan şəxs tutuldu
21.01.2019, 14:08

Evdən qızıl və pul oğurlayan şəxs tutuldu

101 dövlət əmlakı özəlləşdirilir
21.01.2019, 13:42

101 dövlət əmlakı özəlləşdirilir

Damcılı mağara düşərgəsinə yeni yol çəkilir
21.01.2019, 13:14

Damcılı mağara düşərgəsinə yeni yol çəkilir

Azərbaycanda yeni diaspor saytı fəaliyyətə başladı
21.01.2019, 13:09

Azərbaycanda yeni diaspor saytı fəaliyyətə başladı

İmişlidə 3 uşaq anası intihar edib
21.01.2019, 12:58

İmişlidə 3 uşaq anası intihar edib

Sabah hava necə olacaq? - PROQNOZ   
21.01.2019, 12:56

Sabah hava necə olacaq? - PROQNOZ  

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı
21.01.2019, 12:54

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

60 ölkənin dövlət başçısı Davos Forumuna toplaşır
21.01.2019, 12:52

60 ölkənin dövlət başçısı Davos Forumuna toplaşır

Ördək və qaşqaldaq ovlayanlar saxlanıldı
21.01.2019, 12:29

Ördək və qaşqaldaq ovlayanlar saxlanıldı

Ermənistanda azərbaycanlıya 10 il həbs cəzası verilib 
21.01.2019, 12:26

Ermənistanda azərbaycanlıya 10 il həbs cəzası verilib 

Çin əhalisinin sayı açıqlanıb - 1,395 milyard nəfər
21.01.2019, 12:18

Çin əhalisinin sayı açıqlanıb - 1,395 milyard nəfər

ARXİV