21 yanvar 2019, Bazar ertəsi
Ana Səhifə - ÖLKƏ - Balkan ölkələrindəki azərbaycanlı gənclər İlham Əliyevə müraciət etdilər - TAM MƏTN
Balkan ölkələrindəki azərbaycanlı gənclər İlham Əliyevə müraciət etdilər - TAM MƏTN
21.03.2018, 14:09

Balkanlarda -Albaniya, Makedoniya, Xorvatiya, Sloveniya, Serbiya, Monteneqro, Bosniya və Herseqovinada yaşayan, təhsil alan və çalışan azərbaycanlı gənclər 2018-ci ilin 11 aprel tarixində Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı müraciət yayıblar.

Modern.az-ın məlumatına görə, həmvətənlərimizin Balkanlardan göndərdiyi müraciətdə prezidentliyə namizəd İlham Əliyevin dəstəkləndiyi vurğulanıb.


Ölkə başçısına ünvanlanmış həmin müraciəti diqqətinizə çatdırırıq:

“Balkanlarda yaşayan və təhsil alan azərbaycanlı gənclərin yığıncağının Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevə müraciəti

Möhtərəm cənab Prezident! Biz Albaniya, Makedoniya, Xorvatiya, Sloveniya, Serbiya, Monteneqro, Bosniya və Herseqovinada yaşayan və təhsil alan azərbaycanlı gənclər Avropada 2 milyon müsəlmanın yaşadığı Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərindən bəyan edirik ki, vətəndən uzaqda olsaq da, bu gün ölkəmizdə aparılan hərtərəfli quruculuq işlərini, inkişafı, həyata keçirilən siyasi, iqtisadi, hüquqi islahatları diqqətlə izləyir və dövlətimizin həm daxildə həm də beynəlxalq aləmdəki hər bir uğuru ilə qürur duyuruq.

Hazırda dünyada baş verən böhranlı vəziyyətə, qanlı döyüşlərə, çaxnaşmalara, terror aktlarına baxmayaraq, ölkəmizdə sabitliyin qorunması və iqtisadi inkişafın təmin edilməsi istiqamətində həyata keçirilən siyasət bizi sevindirir. Bu xüsusda, Azərbaycan dövlətinin apardığı islahatlar nəticəsində ölkəmizdə qeyri-neft sektoru inkişaf edir, bu sahələrdə ələlxüsus, turizm, kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları və nəqliyyat sahəsində nəzərə çarpan inkişaf göz qabağındadır. Ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji layihələrinin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı əhəmiyyəti və Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizləri qovşağına çevrilməsi, onun qüdrətinin və imicinin artmasına xidmət edir. Təbii ki, bütün bu uğurlarımızın təməlində əsası müstəqil Azərbaycan dövlətinin xilaskarı ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və ölkəmizin siyasi, iqtisadi-sosial və mədəni həyatının bütün sahələrini əhatə edən dinamik inkişaf dayanır. Min bir iztirab və məşəqqətlə 100 il bundan öncə Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski və digərləri tərəfindən qurulmuş Azərbaycan Xalq Cumhuriyyətinin süqutunu hazırlayanlara qarşı Azərbaycan xalqı bir daha öz mübarizliyini nümayiş etdirərək qanı və canı bahasına əldə olunmuş müstəqilliyimizi gələcək nəsillərə yenidən bəxş etdi.

Bu gün Azərbaycan dövlətinin həyata keçirdiyi tarazlaşdırılmış xarici siyasət onun regionda, dünyadakı geosiyasi və geoiqtisadi mövqeyini get-gedə gücləndirir. Müasir dövrün reallıqlarından biri kimi qərbə inteqrasiya yolunu tutmuş Azərbaycan Avropa və Avroatlantik qurumları ilə yanaşı, dünyanın digər nüfuzlu regional və beynəlxalq strukturları ilə uğurla əməkdaşlıq etməsi ölkəmizin milli və dövlətçilik maraqlarının geniş miqyasda təmin edilməsində həlledici amildir. Bundan əlavə sivilizasiyalararası və dinlərarası dialoqun gücləndirilməsi, tarixi ənənələrə söykənən dini dözümlülüyün təşviqi istiqamətində həyata keçirilən iri miqyaslı beynəlxalq tədbirlər Şərq-Qərb arasında Azərbaycanın körpü rolunu artırmaqla ölkəmizi dünya mədəniyyətlərinin qovşağına çevirir.

Sizin Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinin bütün təzyiq və təsirlərə baxmayaraq, beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycanın suverenliyi, ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə ədalətli həlli istiqamətində yürütdüyünüz qətiyyətli siyasət dünya ictimaiyyətində və nüfuzlu beynəlxalq təşkilatlarda ölkəmizin haqlı mövqeyini gücləndirir. Ordu quruculuğu sahəsinə xüsusi diqqət ayırmaqla, ələlxüsus gənclərə vətənpərvərlik, milli dəyərlərə bağlılıq hissinin aşılanması, onların torpaqlarımızın azadlığı uğrunda mübariz ruhda tərbiyə olunması istiqamətində ardıcıl fəaliyyət həyata keçirirsiniz. 2016-cı ilin aprel hadisələri zamanı qüdrətli ordumuzun, hər bir azərbaycanlının, xüsusilə Azərbaycan gəncliyinin tarixi torpaqlarımızı işğaldan qurtarmağa hər an hazır olduğunu nümayiş etdirməsi buna əyani sübutdur.

Sizi əmin edirik ki, bizlər - Avropanın bu coğrafiyasında yaşayan Azərbaycan gəncləri vətənimizin ərazi bütövlüyünün bərpası üçün hər zaman müsəlləh əsgərdir. Ölkəmizdə şəhid ailələrinə, qaçqınlara, öz doğma yurd-yuvalarından didərgin düşmüş məcburi köçkünlərə, müharibə veteranlarına, əlillərə göstərilən dövlət qayğısı göz önündədir. Dövlətimizin Azərbaycan elminə, yaradıcı ziyalılarına, mədəniyyətinə, tarixinə, adət-ənənələrinə diqqəti mühüm önəm daşıyır. Azərbaycan gəncliyinin, onun sağlam həyat tərzinin, habelə son illərdə idman sahəsində ölkəmizin əldə etdiyi nailiyyətlərində, o cümlədən beynəlxalq olimpiyaidman yarışlarında qazandığımız qələbələrlə bayrağımızın yüksəlməsində Sizin rolunuz danılmazdır. Azərbaycanda korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına qarşı aparılan mübarizə hər bir Azərbaycan vətəndaşının maraqlarına xidmət edir və bu tədbirlər ölkəmizin dünyada mövqeyinin daha da möhkəmlənməsinə təminat yaradır. Azərbaycanın tolerantlıq və dini dözümlülüyə sadiq, zəngin tarixi və mədəni sərvətlərə sahib olmaqla eyni zamanda müasir dəyərləri özündə birləşdirən bir ölkə kimi tanıdılması yönündə təbliğat işlərinin daha da genişləndirilməsi zəruridir. Bu məqsədlə biz, xaricdə yaşayan azərbaycanlı gənclər də dövlətimizin səylərinə dəstək olmalı, fəaliyyətimizdə Azərbaycanın uğurlarını və haqq səsini geniş ictimaiyyətə çatdırmalı, tarixi torpaqlarımızın Ermənistan tərəfindən işğalı ilə bağlı ölkəmizin sülhsevər, beynəlxalq hüququn suverenlik, ərazi bütövlüyü və ümumtanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə söykənən ədalətli mövqeyini təbliğ etməliyik. Hər bir Azərbaycan övladını, soydaşlarımızı harada yaşamasından, çalışmasından, siyasi mənsubiyyətindən asılı olmayaraq məşəqqətli tarixlərdən keçən ulu xalqımızın bizə əmanət etdiyi və gələcək nəsillərə ötürməyi özümüzə müqəddəs borc bildiyimiz mənəvi-əxlaqi, tərbiyəvi, ailə dəyərlərini göz bəbəyi kimi qorumağa, riayət etməyə və istənilən halda ona davranışımızla sadiq qalmağa çağırırq. Son zamanlar müxtəlif internet səhifələrində, sosial şəbəkələrdə bir sıra ölkələrdə yaşayan bəzi həmvətənlərimizin səsləndirdikləri xoşagəlməz ifadələr bizi çox sarsıdır. Bu ifadələr tarixən sahib olduğumuz etik və əxlaq normalarına qəti sığmır və xalqımıza, dövlətimizə, onun atributlarına bağlı olan xaricdə yaşayan bizləri olduqca məyus edir. Bu xüsusda həmin ifadələrin kimin tərəfindən səsləndirilməsindən asılı olmayaraq əleyhinə olduğumuzu qətiyyətlə bildirir və onları birmənalı olaraq qınayırıq. Təbii ki, hər bir fərdin müstəqil fikir yürütmək və onu azad ifadə etmək hüququ vardır. Lakin, bu sivil yolla, etik qaydalar çərçivəsində, heç bir şəxsin ləyaqətinə toxunmadan ifadə olunmalıdır.

Hörmətli cənab Prezident, Sizi əmin edirik ki, Balkanlarda yaşayan Azərbaycan gəncləri ölkəmizdə güclü dövlətçiliyin qorunub saxlanılması, davamlı ictimai-siyasi sabitliyin və iqtisadi-sosial inkişafın təmin edilməsi, vətənimizin günü-gündən qüdrətlənməsi və beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsi ilə bağlı yürüdülən siyasi kursunuzu tam dəstəkləyir və hər zaman olduğu kimi bundan sonra da öz üzərinə düşən vətəndaşlıq borcunu böyük məsuliyyətlə, ləyaqətlə, sədaqətlə və vicdanla yerinə yetirməyə hazırdır. Siz təkcə ölkəmizdə deyil, eyni zamanda dünyanın müxtəlif ölkələrində yaşayan, qəlbi vətən eşqi ilə döyünən bütün azərbaycanlıların sevimlisi və liderisiniz. Hazırda ölkəmizdə siyasi sabitlik, əmin-amanlıq, habelə xalqla onun seçib dəstəklədiyi Prezident arasında birbaşa etimad, ünsiyyət və inam mövcuddur. Azərbaycan dövlətinin inkişafı və çiçəklənməsi naminə, öz fəaliyyətinizdə xalqımızın etimadını, dəstəyini qazanmış hər birimizin prezidenti, ölkəmizdə əmin-amanlığın, bu günə qədər əldə edilmiş nailiyyətlərin təminatçısı kimi hər zaman yanınızda olduğumuzu bildirir,
Sizi dəstəkləyir, bu dəstəyi bundan sonra da davam etdirəcəyimizi qətiyyətlə bəyan edirik. Bununla yanaşı, ölkəmizdən kənarda yaşayan, vətənini sevən hər bir azərbaycanlını da keçiriləcək prezident seçkilərində cənab İlham Əliyevi dətəkləməyə çağırırıq. Sizə seçkilərdə qələbə, yeni-yeni uğurlar, xalqımıza tərəqqi, əmin-amanlıq arzulayır, müstəqil Azərbaycanın daha da möhkəmlənməsində və qarşıdakı problemlərimizin həllində böyük Allahın yardımını diləyirik!”. 

Müraciəti 241 nəfər azərbaycanlı gənc adından aşağıdakı şəxslər imzalayıblar:

1. Toğrul Həsənov
2. Əfrayıl Mehdiyev
3. Elvin Ağazadə
4. Əziz Şahüseynov
5. Rəşad Əliyev
6. Rəşad Rəsullu
7. Fərid Muradov
8. Zaur Məmmədov
9. Ceyhun Abdullayev
10.Seyran Mirzəzadə
11.Zümrüd Quliyeva
12.Fikrət Nəcəfov
13.Elşən Rüstəmov
14.İbrahim Hüseynov
15.Rasim Ziyadxanov
16.Məmməd Əlizadə
17.Nuranə Quliyeva
18. Yusif Abbasov
19.Lalə Abbasova
20.Ramil Cəfərli
21.Əlixan Həsənov
22.Elnur Rəhimli
23.Şahin Hacıyev 2
24. Gülbahar Hacıyeva
25.Elxan Osmanov
26.Rəsul Abbaszadə
27.Ayaz Əliyev
28.Bəhruz Hüseynov


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Sabunçu rayonunda dörd otaqlı ev yandı
21.01.2019, 00:45

Sabunçu rayonunda dörd otaqlı ev yandı

Zəlzələ sonrası iki nəfər ürək tutmasından öldü
21.01.2019, 00:27

Zəlzələ sonrası iki nəfər ürək tutmasından öldü

Tramp vətəndaşları evdən çıxmamağa çağırdı
21.01.2019, 00:04

Tramp vətəndaşları evdən çıxmamağa çağırdı

Rəcəbov heç-heçə etdi, Məmmədyarov uduzdu
20.01.2019, 23:36

Rəcəbov heç-heçə etdi, Məmmədyarov uduzdu

Ağstafada yanğında xəsarət alan qadın öldü
20.01.2019, 23:09

Ağstafada yanğında xəsarət alan qadın öldü

İrana casusluq edən alman zabiti yaxalanıb
20.01.2019, 22:43

İrana casusluq edən alman zabiti yaxalanıb

Ermənilərlə azərbaycanlılar barışa bilərmi? – VİDEO - SORĞU
20.01.2019, 22:22

Ermənilərlə azərbaycanlılar barışa bilərmi? – VİDEO - SORĞU

Rusiya Yaponiya arasında GƏRGİNLİK
20.01.2019, 22:01

Rusiya Yaponiya arasında GƏRGİNLİK

Bakıda sərnişin avtobusu qəza törətdi
20.01.2019, 21:42

Bakıda sərnişin avtobusu qəza törətdi

Qadın əməliyyat zamanı öldü
20.01.2019, 21:22

Qadın əməliyyat zamanı öldü

UEFA Çempionlar Liqası üçün yeni topu təqdim etdi
20.01.2019, 21:06

UEFA Çempionlar Liqası üçün yeni topu təqdim etdi

122,5 min insan işıqsız qalıb
20.01.2019, 20:55

122,5 min insan işıqsız qalıb

Tibetdə 5 bal gücündə zəlzələ oldu
20.01.2019, 20:43

Tibetdə 5 bal gücündə zəlzələ oldu

Azərbaycanın İrana neft ixracı azalıb
20.01.2019, 20:29

Azərbaycanın İrana neft ixracı azalıb

8 BMT sülhməramlısı öldürüldü
20.01.2019, 20:15

8 BMT sülhməramlısı öldürüldü

“Azərbaycanın ağrı-acısını heç vaxt unutmayacağıq” - Türkiyə Prezident Administrasiyası
20.01.2019, 20:01

“Azərbaycanın ağrı-acısını heç vaxt unutmayacağıq” - Türkiyə Prezident Administrasiyası

DİN Şəhidlər Xiyabanında Milli Şura tərəfdarları ilə baş vermiş insidentə münasibət bildirib
20.01.2019, 19:32

DİN Şəhidlər Xiyabanında Milli Şura tərəfdarları ilə baş vermiş insidentə münasibət bildirib

Gözlər yoldan yığılarmı... - III Yazı
20.01.2019, 17:40

Gözlər yoldan yığılarmı... - III Yazı

Çilidə güclü zəlzələ olub
20.01.2019, 17:25

Çilidə güclü zəlzələ olub

Dubayda magistrallarından biri “EXPO-2020” adlandırılıb
20.01.2019, 17:10

Dubayda magistrallarından biri “EXPO-2020” adlandırılıb

Azərbaycan Ordusunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
20.01.2019, 16:55

Azərbaycan Ordusunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Savat üzrə açıq Respublika çempionatı keçirilib
20.01.2019, 16:37

Savat üzrə açıq Respublika çempionatı keçirilib

Macarıstanda etirazların yeni dalğası başlayıb
20.01.2019, 16:20

Macarıstanda etirazların yeni dalğası başlayıb

Zaqatalada oğruluqla məşğul olan dəstə üzvləri tutulldu - FOTO
20.01.2019, 16:05

Zaqatalada oğruluqla məşğul olan dəstə üzvləri tutulldu - FOTO

Xocavənd qəsəbəsində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib - FOTO
20.01.2019, 15:50

Xocavənd qəsəbəsində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib - FOTO

Özbəkistanda dəyəri milyon dollardan çox olan xəzinə tapılıb
20.01.2019, 15:38

Özbəkistanda dəyəri milyon dollardan çox olan xəzinə tapılıb

İstanbul metrosunda “Qanlı Yanvar” - FOTO
20.01.2019, 15:24

İstanbul metrosunda “Qanlı Yanvar” - FOTO

Dünyanın ən yaşlı kişisi 113 yaşında öldü
20.01.2019, 15:20

Dünyanın ən yaşlı kişisi 113 yaşında öldü

Bakıda külək mərasim evini uçurub
20.01.2019, 15:14

Bakıda külək mərasim evini uçurub

Azərbaycanın elektrik enerjisi ixracı artıb
20.01.2019, 15:09

Azərbaycanın elektrik enerjisi ixracı artıb

Mədəniyyət Nazirliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib - FOTO
20.01.2019, 14:59

Mədəniyyət Nazirliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib - FOTO

Sovet qoşunlarının Bakıya müdaxiləsini erməni təcavüzündən ayrı təhlil etmək mümkün deyil - Elçin Əhmədov
20.01.2019, 14:50

Sovet qoşunlarının Bakıya müdaxiləsini erməni təcavüzündən ayrı təhlil etmək mümkün deyil - Elçin Əhmədov

İnsan özünün ya həkimidir, ya qənimi - Məşhur loğman YAZIR
20.01.2019, 14:41

İnsan özünün ya həkimidir, ya qənimi - Məşhur loğman YAZIR

“Avropa Şurasında Azərbaycanın qlobal rolunu yaxşı dərk edirlər”
20.01.2019, 14:30

“Avropa Şurasında Azərbaycanın qlobal rolunu yaxşı dərk edirlər”

Dağıstanda sosial problemlər...
20.01.2019, 14:17

Dağıstanda sosial problemlər...

İmişlidə yol qəzası: ölən və yaralananlar var
20.01.2019, 14:00

İmişlidə yol qəzası: ölən və yaralananlar var

Xalq şəhidlərin xatirəsini ehtiramla yad edir - FOTO-VİDEO
20.01.2019, 13:45

Xalq şəhidlərin xatirəsini ehtiramla yad edir - FOTO-VİDEO

Məzarsız şəhid, yaxud itkin düşmüş arzular...
20.01.2019, 13:32

Məzarsız şəhid, yaxud itkin düşmüş arzular...

Sevgilisinin məktubunu saxladığım şəhid
20.01.2019, 13:20

Sevgilisinin məktubunu saxladığım şəhid

Azərbaycanda ağır qəza: 3 yaralı var 
20.01.2019, 13:10

Azərbaycanda ağır qəza: 3 yaralı var 

Həftənin ilk iş gününün HAVASI
20.01.2019, 13:00

Həftənin ilk iş gününün HAVASI

Bakıda avtobus qəzası: yaşlı qadın ağır yaralandı - FOTO
20.01.2019, 12:45

Bakıda avtobus qəzası: yaşlı qadın ağır yaralandı - FOTO

“İslahat tərəfdarlarını gözdən salmağa çalışırlar” - Qüdrət Həsənquliyev
20.01.2019, 12:33

“İslahat tərəfdarlarını gözdən salmağa çalışırlar” - Qüdrət Həsənquliyev

Həm peşə, həm də Vətən borcu...   
20.01.2019, 12:21

Həm peşə, həm də Vətən borcu...  

Qara dənizdə azərbaycanlı kapitanın cəsədi tapıldı
20.01.2019, 12:06

Qara dənizdə azərbaycanlı kapitanın cəsədi tapıldı

20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi 
20.01.2019, 12:00

20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi 

20 Yanvar faciəsinə həsr olunan “Azadlıqla bitən SOS” adlı sənədli film hazırlandı – VİDEO
20.01.2019, 11:50

20 Yanvar faciəsinə həsr olunan “Azadlıqla bitən SOS” adlı sənədli film hazırlandı – VİDEO

“Mehman Hüseynov məsələsini şişirdib Azərbaycana qarşı istifadə edirlər” - Mübariz Qurbanlı
20.01.2019, 11:43

“Mehman Hüseynov məsələsini şişirdib Azərbaycana qarşı istifadə edirlər” - Mübariz Qurbanlı

Bakıda piyada keçidində vurulan qadın həkimdir
20.01.2019, 11:39

Bakıda piyada keçidində vurulan qadın həkimdir

Meksikada baş vermiş faciədə ölənlərin sayı 76-ya çatıb
20.01.2019, 11:34

Meksikada baş vermiş faciədə ölənlərin sayı 76-ya çatıb

ARXİV