Modern.az

 Polşalı turist: “Novruz bayramı bizdə də var” - VİDEO

 Polşalı turist: “Novruz bayramı bizdə də var” - VİDEO

Aktual

21 Mart 2018, 16:32

Adətə görə Novruzda insanlar bir-birilərinə qonaq gedər, sovqat aparar, bayramı məhz evdə qarşılayardılar. Hazırda isə vəziyyət bir qədər dəyişib. Müasir dövrdə insanlar baharın gəlişini nəinki evdə-süfrə başında, hətta ölkələri, şəhərləri gəzərək qeyd edirlər. Yerli və əcnəbi turistlərin daha çox üz tutduğu yerlərdən biri də keçmiş və gələcəyin qovşağında yerləşən Gəncə şəhəridir. Burada fərqli məkanlarda hiss olunan bayram ab-havası insanlara əsl Novruzu hiss etməyə kömək edir. Belə olduqda isə həm yerli əhali, həm də qonaqlar bayramdan maksimum dərəcədə zövq alırlar.

İzləyəcəyiniz video-materialda bayram adət-ənənələrindən tutmuş təbriklərə, niyyətlərə qədər hər bir incəlik öz əksini tapıb. Niyyət bayramınız, Novruzunuz mübarək!

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?