Modern.az

Sarkozi sərbəst buraxıldı

Sarkozi sərbəst buraxıldı

21 Mart 2018, 23:20

Ötən gün hüquq-mühafizə orqanları tərəfindən saxlanılan Fransanın sabiq prezidenti Nikola Sarkozi bu axşam sərbəst buraxılıb.

 

Modern.az-ın məlumatına görə, bu barədə BFMTV telekanalı xəbər verib.

 

Məlumata görə, sabiq dövlət başçısının dindirilməsi ümümilikdə 25 saat davam edib.  

 

 

***

 

12:42

 

Liviya hakimiyyəti tərəfindən 2007-ci ildə seçki kampaniyasının qanunsuz maliyyələşdirilməsi ilə bağlı aparılan istintaq çərçivəsində ifadə vermək üçün dünən saxlanılan Fransanın sabiq prezidenti Nikola Sarkozi ötən gecəni Parisdə evində keçirib.

 

APA-nın "France-Presse" agentliyinə istinadən verdiyi məlumata görə, bu gün yerli vaxtla saat 08.00-da N. Sarkozi yenidən ifadə vermək üçün yenidən Nanter şəhərində yerləşən Korrupsiya, maliyyə və vergi pozuntuları ilə mübarizə üzrə Mərkəzi İdarəyə gəlib.

 

Fransa qanunvericiliyinə əsasən, N. Sarkozi 48 saata qədər saxlana bilər. Bu müddətdən sonra isə ya ona qarşı ittiham irəli sürülməli, ya da ittiham irəli sürülmədən azadlığa buraxılmalıdır.

 

Qeyd edək ki, dünən Fransanın sabiq prezidenti N. Sarkozi ilə bərabər onun prezidentliyi dövründə bir sıra nazir postlarını tutmuş Bris Ortyefyo da saxlanılıb. N. Sarkozi və B. Ortyefyo sabiq prezidentin  seçki kampaniyasının 2007-ci ildə Liviya tərəfindən qanunsuz maliyyələşdirilməsi ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılıb. Nanter şəhərində Korrupsiya, maliyyə və vergi pozuntuları ilə mübarizə üzrə Mərkəzi İdarəsində hər iki şəxsin ifadəsi alınıb.

 

Liviya hakimiyyəti N. Sarkozinin prezident seçkiləri kampaniyasını maliyyələşdirdiyini ilə dəfə 2011-ci ilin martında bəyan edib. Liviyanın sabiq lideri M. Qəddafinin   oğlu Seyfülislam Qəddafi "Euronews" telekanalına müsahibəsində həmin vaxt prezident postunu tutan N. Sarkozinin Liviya hökumətindən maliyyə yardımı almasını etiraf etməsini istəmişdi. Daha sonra Fransada müstəqil jurnalistlərin apardıqları araşdırma bu məlumatı təsdiqləyib. Vasitəçilər də istintaqa ifadələrində Liviyadan gətirilmiş bir neçə çamadan pulu N. Sarkozinin nümayəndələrinə verdiklərini bildiriblər. Söhbət 5 milyon avrodan çox puldan gedir. N. Sarkozi isə indiyə qədər bunu təkzib edib.

 

Xatırladaq ki, N. Sarkozi bundan əvvəl "L'Oreal" şirkətinin sahibi Lilian Bettankur tərəfindən 2007-ci ildə seçki kampaniyasının qeyri-qanuni maliyyələşdirilməsi ilə bağlı saxlanılıb, daha sonra bu işlə bağlı ittiham üzərindən götürülüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər