11 dekabr 2018, Çərşənbə
Ana Səhifə - MÜSAHİBƏ - Alimlər narahatdır: “Kür və Araz çaylarında elə mikroblar var ki...” - MÜSAHİBƏ  
Alimlər narahatdır: “Kür və Araz çaylarında elə mikroblar var ki...” - MÜSAHİBƏ  
21.03.2018, 23:55

Dünyanın ali təşkilatlarından sayılan BMT Baş Assambleyasının 1992-ci il 22 dekabr tarixli Qətnaməsinə əsasən 22 mart Ümumdünya Su Resursları Günü kimi qeyd olunur. Bu günün təyin olunması və keçirilməsində əsas məqsəd ilk növbədə bəşəriyyətin diqqətini həyat mənbəyi olan və getdikcə tükənən içməli sudan səmərəli istifadəyə, mövcud su resurslarını qorumağa yönəltmək, dünya əhalisinin təmiz, içməli su ilə təminatı istiqamətində diqqəti cəlb edən qlobal problemlərin həlli məqsədilə zəruri addımlar atmaq və bəşəriyyəti birgə fəaliyyətə çağırmaqdır.

Məlumdur ki, hazırda adambaşına düşən içməli suyun miqdarına görə hətta kritik göstəricilərdən aşağı yerdə qərarlaşan ölkələr var və həmin siyahıda Azərbaycan da yer alır. Bunun başlıca səbəbi ölkə ərazisində içməyə yararlı suların məhdud ehtiyatlara malik olmaqla qeyri-bərabər paylanmasıdır. Lakin yalnız bu deyil. Azərbaycanın mövcud su resurslarının aramsız çirklənməyə məruz qalması, xüsusən də əsas içməli su mənbələrimiz olan Kür və Araz çaylarında yaşanan ekoloji problemlər bizi ciddi düşünməyə məcbur edir.

Bu istiqamətdə mövcud vəziyyəti və problemlərdən çıxış yollarını təhlil etmək üçün fəlsəfə elmləri doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü Əziz Əbdüləzizlə görüşdük.

Modern.az onunla müsahibəni təqdim edir:

 - Əziz müəllim, istərdim məsələyə kompleks yanaşaq. Bu gün planetimizdə içməli su problemi özünü nə dərəcədə ciddi şəkildə göstərir? Rəqəmlər və statistik göstəricilər hansı reallığı ortaya çıxarır?

- Məlumdur ki, içməli su istənilən dövlət üçün ən qiymətli resurslardan biridir. Bu məsələnin həll olunması energetika, kənd təsərrüfatı, əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması və ümumilikdə, ölkənin sanitar sisteminin inkişafı üçün əhəmiyyətli dərəcədə vacibdir. Lakin gəlin görək bu gün dünyada su resursları yetərincədirmi? Alimlərin hesablamalarına görə, planetin su ehtiyatları bu gün 1,4 milyard kubkilometr təşkil edirsə, bunların cəmi 2,5 faizi, yəni 35 milyon kubkilometri şirin sulardır və onun da 99 faizi yerin altındadır. Xalq təsərrüfatında daha geniş istifadə olunan çay suları və şirin sulu göllər Yer üzərində olan şirin su ehtiyatlarının yalnız 0,27 faizini təşkil edir. Çay sularının payına isə bu miqdarın yalnız 0,006 faizi, yəni 46 800 kubkilometri düşür ki, bu da ərazilər üzrə qeyri-bərabər paylanmışdır. Deməli, bu gün planetimizdə yumşaq desək, heç də hər kəs sudan yetərincə istifadə edə, yaxud ümumiyyətlə, su içə bilmir. Məsələn, BMT ekspertlərinin məlumatına görə, planetdə 500 milyon insan keyfiyyətsiz su istehlakı səbəbindən müxtəlif infeksion xəstəliklərdən əziyyət çəkir, gündə 5 min uşaq içməli su qıtlığından dünyasını dəyişir, başqa sözlə, hər 17 saniyədə bir insan övladı həyatını itirir. Bu sahənin aparıcı mütəxəssislərinin fikrincə, 2025-ci ildə suyun müntəzəm olaraq çatışmazlığını dünya əhalisinin üçdə-ikisi hiss edəcək. Deməli, vəziyyət həqiqətən də qorxulu həddə çatmışdır.

- Konkret Azərbaycana gəlincə, ölkəmizdə əhalinin içməli su ilə təminatında real vəziyyət necədir?

- Bu gün əhalinin təmiz, içməli su ilə təminatı birbaşa dövlətin diqqət mərkəzindədir və bu istiqamətdə sistemli addımlar atılır, müvafiq işlər görülür, yeni su anbarları tikilir, su təmizləyici qurğular quraşdırılır və s. Azərbaycan öz vətəndaşına, onun sağlam həyatına həssas yanaşan, bu sahəyə təmənnasız olaraq milyonlarla vəsait ayıran nadir ölkələrdəndir. Lakin problem ondan ibarətdir ki, Azərbaycan mövcud su ehtiyatları və adambaşına düşən içməli suyun miqdarına görə dünyada hətta kritik həddən aşağı göstəriciyə malik ölkələr sırasındadır. BMT ekspertlərinin hesablamalarına görə, 13 dövlət, o cümlədən sabiq SSRİ-dən Türkmənistan, Moldova, Özbəkistan və Azərbaycan içməli su sarıdan ən zəif təmin olunmuş ölkələrdir. Beynəlxalq Dünya Ehtiyatları İnstitutunun qiymətləndirməsinə əsasən, dünya üzrə adambaşına ildə 7,4 min kubmetr içməli su düşürsə, Azərbaycanda bu göstərici 972 kubmetr, yəni kritik hesab edilən 1,7 min kubmetr həcmindən 2 dəfə azdır. Müqayisə üçün qeyd edək ki, qonşularımızda, konkret olaraq Rusiyada bu göstərici 29,4, İranda 19,9, Gürcüstanda 11,3, Ermənistanda isə 2,9 min kubmetrdir. Bir sözlə, həm beynəlxalq təşkilatların hesabatlarına, həm də ölkədə bu istiqamətdə araşdırmalar aparan alimlərin gəldiyi nəticələrə əsasən Azərbaycanda su təchizatının vəziyyəti ölkənin milli təhlükəsizliyi üçün artıq qorxulu həddə çatmışdır. Bütün bu məqamlarla yanaşı, o da xüsusi olaraq qeyd olunmalıdır ki, ölkə üzrə ümumi su ehtiyatları orta hesabla 28,5 - 30,5 kubkilometr təşkil edir, quraqlıq illərdə bu göstərici 22,5 kubkilometrə qədər azalır. Üstəlik, Azərbaycanın su təchizatı 50-80 faiz xarici mənbələrə bağlıdır. Konkret olaraq, ölkəmizin, eləcə də Cənubi Qafqazın əsas su arteriyaları hesab olunan Kür və Araz çaylarının və onların bəzi qollarının aşağı axınında yerləşməsi respublikanın su problemlərini daha da dərinləşdirir və onun su ehtiyatlarını qonşu ölkələrdə bu çay sularının istifadə səviyyəsindən asılı edir.

- Qonşu ölkələrin, daha dəqiq desək Gürcüstan və Ermənistanın həmin çaylardan necə istifadə etdiyi isə heç kəsə sirr deyil.

- Firkir verin, Azərbaycan ətraf mühitin qorunması sahəsində 17 müxtəlif beynəlxalq konvensiyanın, o cümlədən BMT-nin “Sərhədyanı su axınlarının və beynəlxalq göllərin qorunması və onlardan istifadə haqqında” Helsinki Konvensiyasının iştirakçısı olsa da, Rusiya və İrandan fərqli olaraq, bu konvensiyalara qoşulmayan Gürcüstan və xüsusilə Ermənistanla adı çəkilən problemin hüquqi müstəvidə həlli imkanları məhduddur. Problemlərdən biri və ən əsası budur. Gürcüstan və Ermənistan Kür və Araz çayları suyunu istehlak edərkən, heç bir saziş imzalamadan kortəbii yolla, kim nə həcmdə və necə istəyir istifadə edir. Bu faktın özü problemi daha da ağırlaşdırır və araşdırmalar da göstərir ki, hər iki çayın suyu qonşularımız tərəfindən amansız cirklənməyə məruz qalır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəsissləri Kür və Araz çaylarının monitorinqi zamanı suyun fenol və mis birləşmələri ilə çirklənməsini aşkar etmişlər. Gürcüstanın Qardabani şəhəri yaxınlığında Kürə mütəmadi olaraq azot birləşmələri tullanılır. Ermənistanla sərhəddə, Araz çayında fenol və mis birləşmələrinin miqdarı normadan bir neçə dəfə artıqdır. Heç də təsadüfi deyil ki, son 40 il ərzində Salyan və Saatlı şəhərləri yanında Kür çayı suyunun minerallığı 3 dəfədən çox artaraq, hər litrdə 1020-1030 milliqram olmuşdur. Ümumiyyətlər isə, yerli mütəxəssislərin hesablamalarına görə, Gürcüstan və Ermənistan ərazilərindən gələn çirklənmiş suların ümumi həcmi ildə 470 milyon kubmetr təşkil edir.

 - Axı ölkə ərazisində su təmizləyici qurğular mövcuddur və ən müasir tələblərə cavab verən həmin avadanlıqlar problemin qarşısını qismən də olsa alır.

- Sizin də qeyd etdiyiniz kimi, qismən də olsa... Ölkənin 75 şəhər və rayon mərkəzlərindən yalnız 50-yə yaxınında təmizləmə qurğuları fəaliyyət göstərir. Üstəlik, bir sıra rayonlarda sanitar-gigiyenik normalara cavab verən keyfiyyətli içməli su mənbələri yoxdur. Bunun da real nəticəsi olaraq Kür və Araz çayları boyunca məskunlaşmış əhali arasında çirkli sudan istifadəyə görə infeksiya xəstəlikləri epidemiyasına da təsadüf edilir. Təəssüflə qeyd etmək lazımdır ki, son illər Azərbaycanda əvvələr çox az rast gəlinən xəstəlik yayılmaqdadır. Söhbət diaqnostikası mürəkkəb, müalicəsi cox bahalı və orta gəlirli insanlar üçün belə əlçatmaz olan uşaq autizmindən gedir. Həkimlərin fikrincə, xəstəliyin əsas səbəbi hamiləlik dövründə ananın keyfiyyətsiz içməli sudan istifadə etməsi olur. Müxtəlif mənbələrdən daxil olmuş, lakin dəqiqləşdirilməmiş məlumatlara görə, bu gün Azərbaycanda 40 minə qədər uşağın bu bəlaya düçar olduğu bildirilir. Üstəlik, bu gün Kür və Araz çaylarında elə mikroblar və zərərli maddələr mövcuddur ki, onları hətta ən müasir su təmizləyici qurğular belə təmizləmək gücündə deyil və ya çox çətinliklə təmizlənir. Məsələn, fenol və mis birləşmələri, yaxud müxtəlif asılqan maddələri götürək. Odur ki, bu barədə ciddi düşünmək lazımdır. Özü də yubanmadan.

- Ölkədə əhalinin təmiz, içməli su ilə təminatı baxımından həlli vacib olan daha hansı problemləri qeyd etmək olar?

- Bu istiqamətdə daha iki problemi qeyd etmək istərdim. Məlumdur ki, ölkənin regionlarında beynəlxalq maliyyə təşkilatlarının dəstəyi ilə kanalizasiya sistemlərinin yaxşılaşdırılması, sutəmizləyici qurğuların inşası davam edir. “Azərsu” QSC Dünya Bankı, Asiya İnkişaf Bankı və digər maliyyə qurumlarının, eləcə də ölkə büdcəsinin vəsaitləri hesabına su anbarlarının, kəmərlərin, təmizləyici qurğuların tikintisi və yenidən qurulması işlərini həyata keçirir. Lakin görülən işlərin keyfiyyəti və sürətinə diqqət artırılmalıdır. Xüsusən də ölkədaxili supaylama şəbəkələrində mövcud itkilər təchizat məsələlərində ən böyük problemlərdən biri olaraq qalır. Yerli mütəxəssislərin müxtəlif vaxtlarda apardığı hesablamalara görə, bu itkilər 25-30 faiz civarındadır. Yaranmış vəziyyətin əsas səbəbləri bir tərəfdən, supaylama şəbəkəsi infrastrukturunun, xüsusən qəsəbədaxili məhəllə və küçələrdə, çox köhnə olması, içməli suyun park və xiyabanların, eləcə də şəxsi bağ və bostanların suvarılmasına, çoxsaylı avtoyuma məntəqələrində və müxtəlif sənaye müəssisələrində texniki su əvəzinə istifadə olunması, digər tərəfdən, su həcmləri uçotunun qeyri-dəqiqliyi, milli, regional və yerli səviyyələrdə zəif təşkilatçılıq, istismar və idarəçilik kadrlarının azlığı, ümumilikdə, su təsərrüfatının texniki geriliyidir. Bu siyahıya, yəqin ki, qanunvericilik bazasının zəifliyini, suya qənaət konsepsiyası və prinsiplərinin olmamasını, zəif təbliğat işini da ələvə etmək olar. Digər vacib məqam təşkilatçılıqla bağlıdır. Belə ki, bu gün fərqli növ sulardan (red: içməli, suvarma, texniki) istifadə müxtəlif qurumlar tərəfindən idarə edilir. SSRİ vaxtında bu idarələrin vahid hesabatları var idi, informasiya mübadiləsi mövcud idi, problemlər koordinasiyalı şəkildə həll olunurdu, indi isə praktiki olaraq, ümumi informasiya yox dərəcəsindədir. Yerlərdə bazar idarəetmə üsullarının tətbiqi, müxtəlif obyekt və infrastrukturun özəlləşdirilməsi, suya və su xidmətlərinə görə ödəmələr bazar tələbatının formalaşmasına xidmət edir. Bunu müsbət hal kimi qiymətləndirmək olar, lakin keyfiyyət məsələlərinin həlli dövlətin öhdəsinə buraxılıb. Cənubi Qafqazda suyun keyfiyyəti və onun səmərəli idarə olunması problemləri konflikt şəraitində olan tərəflərin qarşılıqlı əlaqələrində əlavə problem amilinə çevrilib.

- Əziz müəllim, mövcud problemlərə toxunduq. Lakin bir mütəxəssis və alim kimi siz problemlərin həllini necə görürsünüz və bu istiqamətdə hansı təkliflər verə bilərsiniz?

- Mənim və bu sahədə həmfikir olduğum təcrübəli alim və mühəndislərin gəldiyi nəticə budur ki, qarşılaşdığımız vəziyyətdən çıxmaq üçün təcili tədbirlər həyata keçirilməlidir.

1. Hazırda ölkədə su təchizatı ilə məşğul olan bütün strukturları özündə cəmləyən xüsusi vahid bir qurum yaradılmalıdır və bu quruma əsas vəzifələr kimi aşağıdakılar tapşırılmalıdır: - Ölkədə bu sahədə fəaliyyət göstərən bütün təşkilatların işini koordinasiya etməklə su ehtiyatlarının idarə edilməsi proseslərini beynəlxalq tələblər səviyyəsinə qaldırmaq, o cümlədən Kür və Araz sularının təmizlənmə dərəcəsinin artırılması, bu və ölkə ərazisində axan digər çaylara ekoloji standartların tələblərinə cavab verməyən sənaye və məişət tullantılarını axıdılmasının qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər həyata keçirmək; - perspektiv inkişaf proqramlarını hazırlayıb ölkə rəhbərliyinə təkliflər təqdim etmək, o cümlədən Kür və Araz çaylarının suyundan asılılığın qismən azaldılması məqsədilə növbəti 5-6 il ərzində ölkə ərazisində yeni su ehtiyatlarını aşkar edib onlarıın istismara daxil edilməsi təkliflərini hazırlamaq; - ölkənin su ehtiyatlarının idarə edilməsi strategiyasının hazırlanmasında və həyata keçirilməsində əsas icraçı vəzifələrini yerinə yetirmək.

2. Ölkənin su sənayesinin inkişafında yaxın perspektiv üçün əsas hədəflər kimi su təchizatı infrastrukturunun yenilənməsi, itkilərin xeyli azaldılması, su təsərrüfatının istismarı və idarə edilməsi üzrə müasir tələblərə cavab verən kadrların yetişdirilməsi, suya qənaət konsepsiyası və prinsiplərinin hazırlanması müəyyən olunmalıdır. Bu təkliflərə əlavə olaraq qeyd etmək lazımdır ki, yeni yaradılacaq qurum həm də “su diplomatiyası” prinsiplərini əsas turaraq, öz səylərinin önəmli bir hissəsini qonşu dövlətlərlə beynəlxalq su problemlərinin həllinə yönəltməlidir. Gürcüstanla danışıqlar aparmaq, problemlı məsələləri addım-addım həll etmək real görünsə də, düşmənçilik və terror yolunu seçmiş Ermənistanla ortaq məxrəcə gəlmək, inkişafı kritik həddə çatmış bir çox problemlər üzrə konsensus əldə etmək çox çətin olacaq, lakin mümkündür. Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Ermənistanın ərazisində Kür və Araz çaylarına zəhərli maddələrin, çirkabın axıdılması və beynəlxalq göl olan Xəzər dənizinin ekologiyasına vurulan zərbə amilindən yararlanmalı, Qazaxıstan, Türkmənistan və İranın, eləcə də ekologiya sahəsində fəaliyyət göstərən beynəlxalq qurumların bu prosesdə daha yaxından iştirakını labüd etmək üçün müvafiq hüquqi baza yaradılmalı, müxtəlif vasitələrdən istifadə edilməlidir. Burada cəmiyyətin bütün imkanları – alim və mütəxəssislərin samballı təhlil və təklifləri, millət vəkillərinin, ictimai xadimlərin və mətbuat nümayəndələrinin həm ölkədaxili, həm də xarici ölkələrdə fəal təbliğatı, nəhayət, diaspor nümayəndələrinin aktiv fəaliyyəti tələb olunur.

Gəlin, Allahın bizə verdiyi bu neməti çirkləndirməyək, israf etməyək! Suya qənaət - gələcəyimizi təmin etməkdir. Su israfçılığı gələcək nəslin həyatını məhv etmək deməkdir. Bu gün hər anımız üçün Allaha şükr edək və suyumuzu təmiz şəkildə gələcək nəsillərə ötürək!


Elnur Eltürk


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Azərbaycan qanunlarını pozan əcnəbilər barədə qərar verilib  
11.12.2018, 18:07

Azərbaycan qanunlarını pozan əcnəbilər barədə qərar verilib  

Bir qrup jurnalist “İlin adamı” elan edildi
11.12.2018, 18:00

Bir qrup jurnalist “İlin adamı” elan edildi

Zərərvericilərə qarşı nəzarət tədbirləri gücləndirilib
11.12.2018, 17:42

Zərərvericilərə qarşı nəzarət tədbirləri gücləndirilib

Jurnalistin atasını öldürən sürücünün məhkəməsi davam etdi - Şahidlər DANIŞDI   
11.12.2018, 17:41

Jurnalistin atasını öldürən sürücünün məhkəməsi davam etdi - Şahidlər DANIŞDI  

Rusiyalı hərbçi Ermənistanda qətl törətdi
11.12.2018, 17:31

Rusiyalı hərbçi Ermənistanda qətl törətdi

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək   
11.12.2018, 17:24

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək  

“Bakcell”dən abunəçilərə möhtəşəm Yeni İl HƏDİYYƏSİ
11.12.2018, 17:10

“Bakcell”dən abunəçilərə möhtəşəm Yeni İl HƏDİYYƏSİ

Azərbaycanlı deputatlar Vyetnamda - FOTO   
11.12.2018, 17:06

Azərbaycanlı deputatlar Vyetnamda - FOTO  

Manat və dollar sabah hansı MƏZƏNNƏDƏ olacaq?
11.12.2018, 17:02

Manat və dollar sabah hansı MƏZƏNNƏDƏ olacaq?

“Mercedes”in vurduğu piyada öldü - BAKIDA
11.12.2018, 16:56

“Mercedes”in vurduğu piyada öldü - BAKIDA

Akif Nağı: “Qarabağ mitinqinin məqsədini başa düşmək istəmirlər”   
11.12.2018, 16:51

Akif Nağı: “Qarabağ mitinqinin məqsədini başa düşmək istəmirlər”   

Fransada etiraz aksiyaları səngimir
11.12.2018, 16:51

Fransada etiraz aksiyaları səngimir

İlhamə Quliyevanın oğlu azadlığa buraxıldı
11.12.2018, 16:47

İlhamə Quliyevanın oğlu azadlığa buraxıldı

“SABAH” qrupları Təhsil fakültəsi yeni layihəyə başlayıb
11.12.2018, 16:41

“SABAH” qrupları Təhsil fakültəsi yeni layihəyə başlayıb

İlqar Məmmədovun evini yardılar
11.12.2018, 16:30

İlqar Məmmədovun evini yardılar

YAP Gəncə şəhər təşkilatında Heydər Əliyevin xatirəsi anılıb
11.12.2018, 16:20

YAP Gəncə şəhər təşkilatında Heydər Əliyevin xatirəsi anılıb

Heydər Əliyev babasının məzarını ziyarət etdi - VİDEO   
11.12.2018, 16:19

Heydər Əliyev babasının məzarını ziyarət etdi - VİDEO  

UNEC-də Heydər Əliyevin anım gününü qeyd olunub
11.12.2018, 16:13

UNEC-də Heydər Əliyevin anım gününü qeyd olunub

Rövşən Rzayev köçkünləri qəbul etdi
11.12.2018, 16:12

Rövşən Rzayev köçkünləri qəbul etdi

Orta məktəbin həyətində 2 ədəd mina tapıldı
11.12.2018, 16:08

Orta məktəbin həyətində 2 ədəd mina tapıldı

Dünyanın ən zəngin azərbaycanlısı öz varisi barədə DANIŞDI
11.12.2018, 15:48

Dünyanın ən zəngin azərbaycanlısı öz varisi barədə DANIŞDI

“Nar” Azərbaycanda yaşıl enerjinin tətbiqini dəstəkləyir
11.12.2018, 15:44

“Nar” Azərbaycanda yaşıl enerjinin tətbiqini dəstəkləyir

Milli Məclis 18 dekabrda bu məsələlərə görə iclas çağırıb - SİYAHI
11.12.2018, 15:39

Milli Məclis 18 dekabrda bu məsələlərə görə iclas çağırıb - SİYAHI

Ötən il ilə müqayisədə 11,5 faiz çox pambıq qəbul edilib
11.12.2018, 15:31

Ötən il ilə müqayisədə 11,5 faiz çox pambıq qəbul edilib

Sürücülər dumana düşdülər - Yol polisi onları müşayiət etdi - VİDEO
11.12.2018, 15:30

Sürücülər dumana düşdülər - Yol polisi onları müşayiət etdi - VİDEO

Hisə verilmiş təhlükəli ət məhsulları hazırlayanlar yaxalandı - FOTOLAR
11.12.2018, 15:22

Hisə verilmiş təhlükəli ət məhsulları hazırlayanlar yaxalandı - FOTOLAR

İran yeni ballistik raket sınaqlarını TƏSDİQLƏDİ
11.12.2018, 15:16

İran yeni ballistik raket sınaqlarını TƏSDİQLƏDİ

Daş bazarında ciddi bahalaşma olub - SƏBƏBLƏR  
11.12.2018, 15:00

Daş bazarında ciddi bahalaşma olub - SƏBƏBLƏR  

Manvel Qriqoryan məhkəmə zalında özündən getdi
11.12.2018, 14:49

Manvel Qriqoryan məhkəmə zalında özündən getdi

Əhali bu il ərzağa, siqaretə, içkiyə nə qədər pul xərcləyib?
11.12.2018, 14:44

Əhali bu il ərzağa, siqaretə, içkiyə nə qədər pul xərcləyib?

Bakı Ali Neft Məktəbinin tələbələri təltif olundular
11.12.2018, 14:37

Bakı Ali Neft Məktəbinin tələbələri təltif olundular

Liderləri Tanrı seçir...   
11.12.2018, 14:28

Liderləri Tanrı seçir...  

Azərbaycanda övladlığagötürmə sistemi təkmilləşdirilir
11.12.2018, 14:24

Azərbaycanda övladlığagötürmə sistemi təkmilləşdirilir

Transsərhəd xəstəliklərinə dair seminar keçirilib
11.12.2018, 14:03

Transsərhəd xəstəliklərinə dair seminar keçirilib

Dövlət xəstəxanalarında pullu xidmət rəsmiləşəcək? - Deputat AYDINLIQ GƏTİRDİ   
11.12.2018, 13:41

Dövlət xəstəxanalarında pullu xidmət rəsmiləşəcək? - Deputat AYDINLIQ GƏTİRDİ  

Elçin Quliyev iranlı komandanla razılıq əldə etdi
11.12.2018, 13:36

Elçin Quliyev iranlı komandanla razılıq əldə etdi

Dövlət himninin ifası zamanı vətəndaşdan tələb olunan ŞƏRTLƏR   
11.12.2018, 13:35

Dövlət himninin ifası zamanı vətəndaşdan tələb olunan ŞƏRTLƏR  

Sabahın hava PROQNOZU - XƏBƏRDARLIQ   
11.12.2018, 13:23

Sabahın hava PROQNOZU - XƏBƏRDARLIQ  

Cəsarətsiz Makron və Türkiyə təcrübəsi
11.12.2018, 13:17

Cəsarətsiz Makron və Türkiyə təcrübəsi

Sərnişinlər qapıları tutdu, metroda sıxlıq yaşandı
11.12.2018, 13:14

Sərnişinlər qapıları tutdu, metroda sıxlıq yaşandı

Korrupsiya İdarəsi Bakıda tikinti aparan vəzifəli şəxslərə cinayət işi açdı  
11.12.2018, 13:10

Korrupsiya İdarəsi Bakıda tikinti aparan vəzifəli şəxslərə cinayət işi açdı  

Yol polisindən Beynəlxalq Sürücülük Vəsiqəsi ilə bağlı TÖVSİYƏLƏR
11.12.2018, 12:59

Yol polisindən Beynəlxalq Sürücülük Vəsiqəsi ilə bağlı TÖVSİYƏLƏR

İlham Əliyev: “İran-Azərbaycan sərhədi dostluq sərhədidir” - YENİLƏNİB
11.12.2018, 12:53

İlham Əliyev: “İran-Azərbaycan sərhədi dostluq sərhədidir” - YENİLƏNİB

Vanqanın 2019-cu il PROQNOZLARI - Putinə sui-qəsd, Trampın xəstələnməsi, dəhşətli sunami...
11.12.2018, 12:50

Vanqanın 2019-cu il PROQNOZLARI - Putinə sui-qəsd, Trampın xəstələnməsi, dəhşətli sunami...

Paşinyanın yeni kadr təyinatları mətbuata SIZDI
11.12.2018, 12:41

Paşinyanın yeni kadr təyinatları mətbuata SIZDI

Yetkinlik yaşına çatmayanlara siqaret satanlar cərimələnib
11.12.2018, 12:31

Yetkinlik yaşına çatmayanlara siqaret satanlar cərimələnib

Goradil və Fatmayidə işıq olmayacaq
11.12.2018, 12:30

Goradil və Fatmayidə işıq olmayacaq

Orta aylıq əməkhaqqı 540 manata çatıb   
11.12.2018, 12:18

Orta aylıq əməkhaqqı 540 manata çatıb  

Elmira Axundovanın Heydər Əliyev haqqındakı kitabına təqdimat keçirildi - FOTOLAR
11.12.2018, 11:59

Elmira Axundovanın Heydər Əliyev haqqındakı kitabına təqdimat keçirildi - FOTOLAR

Brüsseldə Brexit-lə bağlı yekun danışıqlar başlayacaq
11.12.2018, 11:58

Brüsseldə Brexit-lə bağlı yekun danışıqlar başlayacaq

ARXİV