Modern.az

Paytaxtda əsrarəngiz Novruz şənlikləri - FOTOLAR

Paytaxtda əsrarəngiz Novruz şənlikləri - FOTOLAR

21 Mart 2018, 20:54

Bakı Novruz bayramını qeyd edir.

20 Mart tarixindən etibarən,  İçərişəhər, Fəvvarələr meydanı və Nizami küçəsində bir-birindən gözəl Novruz törənləri keçirilir. Şənliklər paytaxt sakinləri və  turistlərin əsas görüş yerinə çevrilib.  Turistlər arasında ərəblər və İrandan gələn soydaşlarımız daha çoxdur. 

Mərkəzi küçələrdə əl işlərinin sərgi-satış yarmarkası keçirilir. Yarmarkalarda kəlağayı, milli geyimli oyuncaqlar, bəzək əşyaları, rəsm əsərləri satışa çıxarılıb. Nizami küçəsindən metronun “Sahil” stansiyasına qədər hər yerdə Dədə Qorqud, Keçəl və Kosa geyimli şəxslərə rast gəlinir. Onlarla öz telefonu ilə şəkil çəkdirmək 3 manata başa gəlir.

Turistlər və paytaxt sakinlərinə milli mətbəximizin bəzi gözəl təamları pulsuz paylanılır. Qurulan onlarla çadırın hər birindən fərqli rəngdə olan Novruz boylanır. 

Modern.az Novruzun müxtəlif rənglərini özündə əks etdirən fotoları təqdim edir:

 

 

 

 

 

 

 

 

 

FOTO: İsmət Paşa

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir