Modern.az

Daşıyıcıları da bəlli oldu, özü də radarlara düşmür – TƏHLÜKƏ

Daşıyıcıları da bəlli oldu, özü də radarlara düşmür – TƏHLÜKƏ

22 Mart 2018, 11:08

Rusiya anbarlarda saxladığı UR-100  raketlərindən istifadə edə bilər. Bununla yanaşı, bu raketlərdən, həmçinin “Sarmat”, RS-28 raketlərindən “Avanqard” hipersəsli sistemlərinin daşıyıcısı kimi istifadə oluna bilər.  

 

Modern.az saytının Amerikanın hərbi sahə üzrə ixtisaslaşan nüfuzlu “The National İnterest” nəşrinə istinadən məlumatına görə, əvvəlcə bu bloklar UR-100 raketlərində yerləşdiriləcək.

 

Qeyd edək ki, UR-100-lər Sovet İttifaqının dağılmasından sonra Ukraynadan geri qaytarılıb.

Hərbi mənbələr bildirir ki, 200 tonluq “Sarmat” raketləri istismara hazır olandan sonra “Avanqard” blokları da quraşdırılacaq.

 

“2000-ci illərin əvvəllərində 30 UR-100 N maye raketi Ukraynadan geri alındı, səbəb isə Ukraynanın qaz borcları idi. Onlar anbarlarda tənzimlənməmiş vəziyyətdə saxlanılırdı. Bu raketlər yaxın illər ərzində hipersəsli döyüş bloklarının birinci seriyasının daşıyıcısı olacaq” – bunu Rusiyanın müdafiə sənayesindəki mənbə TASS-a bildirib.

Mənbə qeyd edib ki, Amerikadakı hədəflərə çatmağa qadir olan “Sarmat” raketləri istismara verildikdən sonra hipersəsli “Avanqard”ların daşıyıcısı rolunda çıxış edəcək.

Hərbi nəşrlər yazıb ki, “Avanqard” iki meqatondan artıq olan istilik-nüvə başlığı ilə təchiz olunacaq. Bu döyüş başlığı “Avanqard”ı dağıdıcılıq gücünə görə ən müasir silahlar siyahısına daxil etməyə imkan verir.

Ekspertlər hesab edir ki, bu, gücünə görə bəzi qitələrarası ballistik raketləri də üstələyir. O qitələrarası ballistik raketlər ki, gücü 500 kilotonu keçmir.

 

“Avanqard” raket əleyhinə müdafiə sistemlərini də yara bilmək gücündədir, yəni radarları dəf edir. Rusiya müdafiə sənayesindəki mənbə bildirib ki, “Avanqard” mühüm,əhəmiyyətli hədəflərin məhvinin zəruriliyinə əsaslanır.

 

Rusiyada iddia edirlər ki, “Avanqard” silahının istehsalı üçün müqavilə imzalanıb və bu bloklar növbəti ildə istifadəyə veriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?