Modern.az

CIA-nin eks direktoru Trampın Putindən çəkindiyini bəyan etdi: “Əllərində nəsə var”

CIA-nin eks direktoru Trampın Putindən çəkindiyini bəyan etdi: “Əllərində nəsə var”

22 Mart 2018, 12:26

ABŞ rəhbəri Donald Trampın Rusiyada prezident seçkilərində qalib gələn  Vladimir Putini təbrik etməsi ciddi müzakirə mövzusuna çevrilib.

Əsas məsələ zəngin pərdəarxası məqamları ilə bağlıdır.

 

Qərb mətbuatı yazırdı ki, Tramp müşavirlərinin məsləhətinə qulaq asmayaraq Putinə təbrik zəngi edib.

 

Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) keçmiş direktoru Con Brennan da mətbuatda gedən yazılara münasibət bildirib.

 

Modern.az saytının “The Hill” nəşrinə istinadən xəbərinə görə, CIA-nin eks direktoru bildirib ki, Rusiyanın əlində Trampla bağlı hansısa material var.

 

O, konkret hansı məlumatlardan söhbət getdiyini deməyib, ancaq qeyd edib ki, bunlar kompromatlardır.

 

Brennanın fikrincə, Trampın Putinlə kifayət qədər isti münasibətləri belə kompromatların mövcudluğundan xəbər verir.

“Ola bilsin ki, rusların əlində nələrsə var və Tramp da məhz buna görə narahatdır. Trampın özünə daha yaxşı məlumdur ki, rusların əlində nələr var”-deyə o bildirib.

 

Qeyd edək ki, ABŞ da “Rusiya işi” ilə əlaqədar təhqiqat aparılır. Təhqiqatda Trampın Rusiya ilə əlaqələrinin olub-olmaması araşdırılır.

 

Bu məqamları xüsusi prokuror Robert Müller  və komandası araşdırır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir