Modern.az

Bayram günü 2 nəfər yol qəzasında öldü, 7 nəfər yaralandı

Bayram günü 2 nəfər yol qəzasında öldü, 7 nəfər yaralandı

22 Mart 2018, 13:08

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 65 cinayət faktı qeydə alınıb, onların da 17-i “isti izlər”lə açılıb.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a  verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 1 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə 9 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 7 nəfər xəsarət alıb.

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt, qanunsuz saxlanılan silah-sursatla bağlı isə 2 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 15 nəfər saxlanılıb.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir