Modern.az

Azərbaycanda yaşı 100 və 100-dən yuxarı olan 371 seçici var

Azərbaycanda yaşı 100 və 100-dən yuxarı olan 371 seçici var

Aktual

22 Mart 2018, 13:17

Azərbaycanda yaşı 100 və 100-dən yuxarı olan 371 seçici var. Onlardan 344-ü qadın, 27-si kişidir.

 

Modern.az xəbər verir ki, bu barədə AZƏRTAC-a açıqlamasında Mərkəzi Seçki Komissiyasının media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli məlumat verib.

 

“Seçkilərə hazırlıq prosesi Mərkəzi Seçki Komissiyasının təqvim planına uyğun olaraq aparılır. Ölkə üzrə bütün seçki məntəqələri lazımi avadanlıqla təmin olunub. Seçkilərin yüksək səviyyədə hazırlanaraq azad, şəffaf və ədalətli keçirilməsi üçün bütün zəruri addımlar atılır”, - deyə Ş.Əsədli bildirib.

 

Xatırladaq ki, 11 aprel prezident seçkiləri 125 seçki dairəsi və 5641 seçki məntəqəsi üzrə keçiriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!