Modern.az

Bayram günü qayınatasını öldürdü

Bayram günü qayınatasını öldürdü

22 Mart 2018, 17:27

Qayınatası Şirzad Əmənovu qətlə yetirmiş Lənkəran şəhərində yaşayan Rasim İsmayılov saxlanılıb.

 

Bu haqda Modern.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

 

Məlumata görə, martın 21-də Lənkəran şəhərində yaşayan Rasim İsmayılov evinin yaxınlığında münaqişə zəminində qayınatası Şirzad Əmənova bıçaqla xəsarət yetirib.

 

Nəticədə xəstəxanaya yerləşdirilmiş 62 yaşlı Ş.Əmənov orada ölüb.

 

R.İsmayılov Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi