Modern.az

Dünyanın ən yaxşı aeroportlarının SİYAHISI

Dünyanın ən yaxşı aeroportlarının SİYAHISI

22 Mart 2018, 21:10

Skytrax” şirkəti dünyanın 500-dən çox hava limanından səfər edən 13,7 mln. sərnişin arasında araşdırma aparıb və dünyanın ən yaxşı aeroportlarının siyahısını tərtib edib. 

Modern.az xəbər verir ki, sərnişinlərin seçiminə əsasən Sinqapurun Çangi hava limanı dünyanın ən yaxşı aeroportudur.

Seuldakı İnçeon ikinci, Tokiodakı Haneda hava limanı üçüncü yerdə qərarlaşıb. İlk onluğa Honq- Konq, Hamad, Münhen, Tyubu yaxud Sentorea, Hitrou, Sürix, Frankfurt aeroportları daxil olub. 

Qeyd edək ki, Çangi artıq ardıcıl 6-cı dəfədir ki, dünyanın ən yaxşı hava limanlarının reytinq siyahısında birinci yerir tutur. (report)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi