Modern.az

Fransada nümayişçilərlə polis arasında toqquşma olub

Fransada nümayişçilərlə polis arasında toqquşma olub

Aktual

22 Mart 2018, 22:24

Fransanın bir çox şəhərlərində Dövlət Qulluqçuları Həmkarlar İttifaqının təşkil etdiyi nümayişdə nümayişçilərlə ictimai asayişi qoruyan polis qüvvələri arasında toqquşma olub. Nümayişçilərə dəmir yol və hava nəqliyyatı işçiləri də qoşulub.

Ölkədə 120 min dövlət qulluqçusunun ixtisara düşməsinə etiraz edən nümayişçilər Paris, Lyon, Nant və digər böyük şəhərlərdə dövlətin apardığı islahata qarşı çıxırlar.

Parisin şərqində nümayişçilərlə polis arasında toqquşma olub. Polis gözyaşardıcı qazdan, su şırnağından və digər vasitələrdən istifadə edib.

Fransada dəmir yol və hava nəqliyyatı vasitələrinin rəhbər işçilərinin tətili aprelin 3-dən iyunun 28-dək davam edəcək. Tətilçilər 5 iş günündən yalnız 2 gün işləyəcəklərini bildiriblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!