20 aprel 2018, Cümə
Ana Səhifə - GÜNDƏM - Cenevrədə Azərbaycanın qaçqın və məcburi köçkün problemindən bəhs olunub
Cenevrədə Azərbaycanın qaçqın və məcburi köçkün problemindən bəhs olunub
23.03.2018, 00:07

Cenevrədə davam edən BMT-nin İnsan Hüquqları Şurasının 37-ci sessiyası çərçivəsində İnsan Hüquqlarının Təşviqi və Qlobal Dialoq üzrə Cenevrə Mərkəzi və həmin şəhərdə yerləşən Daxili Köçürülmələr üzrə Monitorinq Mərkəzinin birgə təşkilatçılığı ilə “Hərəkətdə olan insanların müdafiəsi: Qaçqın və miqrant böhranı kontekstində məcburi köçkünlər” mövzusunda panel müzakirələr təşkil edilib.

Panel iclası dünyanın müxtəlif regionlarında münaqişə və zorakılıq nəticəsində doğma yurdlarından didərgin düşmüş məcburi köçkünlərin hüquqlarının qorunması və onlara yardım göstərilməsi istiqamətində səylərin gücləndirilməsi ətrafında müzakirələrin aparılması məqsədini daşıyıb.

Beynəlxalq gündəmdə əsas yer tutan Suriya və İraqda məcburi köçkün problemi ilə bir sırada Azərbaycanda mövcud olan eyni problemin tədbirdə müzakirə edilməsi ölkəmizdəki məcburi köçkün məsələlərinə daha geniş beynəlxalq diqqətin cəlb edilməsi üçün münbit şərait yaradıb.

Panel müzakirələrinin açılışında çıxış etmiş Azərbaycan Respublikasının Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi, səfir Vaqif Sadıqov dünyada məcburi köçkünlərin sayının rekord göstəriciyə - 41 milyon nəfərə çatmasına və əksər hallarda münaqişə vəziyyətlərinin siyasi həllini tapmaması səbəbindən onillər boyu insanların hüquq və azadlıqlarının tapdanılmış vəziyyətdə qalmasına baxmayaraq, problemin beynəlxalq ictimaiyyətin və medianın diqqətindən kənar qaldığını vurğulayıb. Azərbaycanda məcburi köçürülmə problemindən və onun köklərindən danışan daimi nümayəndə V.Sadıqov son 20 il ərzində ölkə hökuməti tərəfindən köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün 6 milyard ABŞ dolları məbləğində vəsaitin xərcləndiyi qeyd edib. Azərbaycanda məcburi köçkün probleminin davamlı həllinin Ermənistanın silahlı qüvvələrinin ölkəmizin işğal olunmuş ərazilərindən çıxarılması və məcburi köçkünlərin təhlükəsiz və könüllü şəkildə öz evlərinə qayıtmasının təmin edilməsindən ibarət olduğu bildirilib.

Panelist qismində tədbirdə çıxış etmiş ADA Universitetinin prorektoru Fariz İsmayılzadə məcburi köçkünlərə münasibətdə Azərbaycan hökuməti tərəfindən həyata keçirilən siyasətə dair ətraflı məlumat verib. Qaçqın və məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılmasının Azərbaycan hökumətinin başlıca prioriteti olduğunu bildirən F.İsmayilzadə bu siyasətin inkişaf mərhələləri, məcburi köçkünlərin yaşayış şəraiti və sosial rifahının yaxşılaşdırılması istiqamətində görülmüş işlərdən danışıb. O, məcburi köçkünlərin probleminin davamlı həllinin onların doğma yurdlarına qayıdışının təmin edilməsindən ibarət olmasını xüsusi vurğulayaraq ötən il 50 məcburi köçkün ailəsinin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə qayıtdığını qeyd edib.

Tədbirə sədrlik edən İnsan Hüquqlarının Təşviqi və Qlobal Dialoq üzrə Cenevrə Mərkəzinin icraçı direktoru səfir İdris Cəzairi Azərbaycan hökumətinin siyasətini alqışlayaraq, ölkəmizin təcrübəsinin əsasında ölkə rəhbərliyinin güclü siyasi iradəsinin durduğunu və bu təcrübənin digər dövlətlər üçün yaxşı nümunə olduğunu bildirib. Azərbaycanın bu sahədə siyasəti, həmçinin panelist qismində çıxış etmiş Daxili Köçürülmələr üzrə Monitorinq Mərkəzinin direktoru xanım Aleksandra Bilak tərəfindən yüksək qiymətləndirilib.

Tədbirdə Cenevrədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, BMT qurumlarının təmsilçiləri və beynəlxalq QHT-lər iştirak ediblər. (AZƏRTAC)


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Gürcüstanlı nazir və rektor Bakı Dövlət Universitetində olub
20.04.2018, 16:07

Gürcüstanlı nazir və rektor Bakı Dövlət Universitetində olub

İlham Əliyev Əli Həsənov barəsində sərəncam verdi
20.04.2018, 16:04

İlham Əliyev Əli Həsənov barəsində sərəncam verdi

Bruselyozun qarşısının alınması ilə bağlı seminar keçirilib
20.04.2018, 16:02

Bruselyozun qarşısının alınması ilə bağlı seminar keçirilib

İlham Əliyev yeni metro qatarlarına baxdı 
20.04.2018, 16:01

İlham Əliyev yeni metro qatarlarına baxdı 

Tramp: “Neft qiymətləri süni bahalaşdırılıb”
20.04.2018, 15:50

Tramp: “Neft qiymətləri süni bahalaşdırılıb”

Milli Məclis təcili iclas çağırdı - Sabah Baş nazirin kimliyi açıqlanacaq 
20.04.2018, 15:38

Milli Məclis təcili iclas çağırdı - Sabah Baş nazirin kimliyi açıqlanacaq 

Atası keçmiş döyüşçünün intihar səbəbini AÇIQLADI: “Fazil özünə qapanırdı”   
20.04.2018, 15:13

Atası keçmiş döyüşçünün intihar səbəbini AÇIQLADI: “Fazil özünə qapanırdı”  

Aqrar Universitetin tələbələri İsmayıllı və Qəbələyə getdilər
20.04.2018, 15:07

Aqrar Universitetin tələbələri İsmayıllı və Qəbələyə getdilər

Hitlerin ad günü bu şəhərdə qeyd edildi - QALMAQAL
20.04.2018, 15:05

Hitlerin ad günü bu şəhərdə qeyd edildi - QALMAQAL

İçməli su təminatında dəyişikliklər olacaq - “Azərsu”dan AÇIQLAMA   
20.04.2018, 14:57

İçməli su təminatında dəyişikliklər olacaq - “Azərsu”dan AÇIQLAMA  

Övladlığa uşaq götürmək - qız, yoxsa oğlan?..
20.04.2018, 14:53

Övladlığa uşaq götürmək - qız, yoxsa oğlan?..

İlham Əliyev Kuba Dövlət Şurasının sədrini təbrik edib
20.04.2018, 14:45

İlham Əliyev Kuba Dövlət Şurasının sədrini təbrik edib

“Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişiklik edilir
20.04.2018, 14:34

“Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişiklik edilir

Bayıl yamacında dağılmış 6 evin sahibinə maddi yardım verilib
20.04.2018, 14:11

Bayıl yamacında dağılmış 6 evin sahibinə maddi yardım verilib

Qərb mediası Sarkisyan HAQDA: “Qeyri-populyar prezident, oliqarx...”
20.04.2018, 13:45

Qərb mediası Sarkisyan HAQDA: “Qeyri-populyar prezident, oliqarx...”

Eldar Mahmudovun generallarına bu tarixdə hökm oxunacaq 
20.04.2018, 13:34

Eldar Mahmudovun generallarına bu tarixdə hökm oxunacaq 

Kemerovoda ölənlərin sayı azaldı
20.04.2018, 13:33

Kemerovoda ölənlərin sayı azaldı

“Arsenal”ın baş məşqçisi klubu tərk edəcək
20.04.2018, 13:30

“Arsenal”ın baş məşqçisi klubu tərk edəcək

Zakir Həsənova NATO generalına Ermənistanın nüvə qaçaqmalçılığından danışdı
20.04.2018, 13:28

Zakir Həsənova NATO generalına Ermənistanın nüvə qaçaqmalçılığından danışdı

Türkiyə öz qızıl ehtiyatlarını ABŞ-dan çıxardıb
20.04.2018, 13:23

Türkiyə öz qızıl ehtiyatlarını ABŞ-dan çıxardıb

Enerji sektoruna rəhbərlik edənlər nazirliyə çağırıldılar
20.04.2018, 13:09

Enerji sektoruna rəhbərlik edənlər nazirliyə çağırıldılar

Rusiya rəsmən “Noviçok” istehsalına başladı
20.04.2018, 13:08

Rusiya rəsmən “Noviçok” istehsalına başladı

“Nəsibə xanım heç vaxt özünü yuxarıdan aparmadı” - XATİRƏ   
20.04.2018, 13:04

“Nəsibə xanım heç vaxt özünü yuxarıdan aparmadı” - XATİRƏ  

Əsəd Fransanın ali ordenini geri qaytardı
20.04.2018, 13:03

Əsəd Fransanın ali ordenini geri qaytardı

Bakıda yeni kartinq mərkəzi istifadəyə verildi
20.04.2018, 13:01

Bakıda yeni kartinq mərkəzi istifadəyə verildi

Zərifə Əliyevanın xatirəsinə həsr olunan aksiya - FOTOLAR
20.04.2018, 12:47

Zərifə Əliyevanın xatirəsinə həsr olunan aksiya - FOTOLAR

Sabahın hava PROQNOZU - Temperatur düşəcək, yağış yağacaq
20.04.2018, 12:44

Sabahın hava PROQNOZU - Temperatur düşəcək, yağış yağacaq

Avstriyada qatar toqquşması: 54 nəfər yaralandı
20.04.2018, 12:33

Avstriyada qatar toqquşması: 54 nəfər yaralandı

“Qanpulu” veriləcək şəhid və itkin ailələrinin sayı niyə azdır? - Komitə sədri AYDINLIQ GƏTİRDİ   
20.04.2018, 12:25

“Qanpulu” veriləcək şəhid və itkin ailələrinin sayı niyə azdır? - Komitə sədri AYDINLIQ GƏTİRDİ  

SOCAR vitse-prezidentinin müşaviri niyə işdən çıxarıldı? - Rəsmi CAVAB   
20.04.2018, 12:18

SOCAR vitse-prezidentinin müşaviri niyə işdən çıxarıldı? - Rəsmi CAVAB  

Avropadakı soydaşlarımızdan Ermənistanı pisləyən BƏYANAT
20.04.2018, 12:16

Avropadakı soydaşlarımızdan Ermənistanı pisləyən BƏYANAT

Dünyanın ən cəlbedici pasportları - SİYAHIDA Azərbaycan da var...
20.04.2018, 12:08

Dünyanın ən cəlbedici pasportları - SİYAHIDA Azərbaycan da var...

Kanadada təhsil alan azərbaycanlı tələbə: “Bura gələndə “mədəniyyət şoku” keçirdim”
20.04.2018, 12:04

Kanadada təhsil alan azərbaycanlı tələbə: “Bura gələndə “mədəniyyət şoku” keçirdim”

“Əli oyuncaqlı uşaqları atan “valideynlər” çoxalıb” - Uşaq Birliyinin sədri  
20.04.2018, 11:51

“Əli oyuncaqlı uşaqları atan “valideynlər” çoxalıb” - Uşaq Birliyinin sədri  

“Haylara məxsus olmayan “armen/erməni” etnonimi də mənimsənilib”
20.04.2018, 11:41

“Haylara məxsus olmayan “armen/erməni” etnonimi də mənimsənilib”

ARXİV
SORĞU
Ali məktəblərə qəbul imtahanlarının qiymətlərinə necə baxırsınız?
İmtahan qiymətləri çox yüksəkdir(10.2%)
İmtahan qiymətləri normalıdr(5.12%)
İmtahan qiymətləri aşağıdır(0%)
Qiymətlər ləğv edilməli, imtahanlar pulsuz olmalıdır(74.3%)
İmtahan qiymətləri azaldılmalıdır(2.56%)
İmtahan qiymətləri artırılmalıdır(7.69%)