Modern.az

“Hollywood”un gənclərdən də yaraşıqlı yaşlıları - FOTOLAR

“Hollywood”un gənclərdən də yaraşıqlı yaşlıları - FOTOLAR

23 Mart 2018, 09:44

“Hollywood” aktyorları ifa etdikləri rollarla, peşəkarlıqları ilə yanaşı, xarici görünüşəriylə də diqqət mərkəzində olurlar.

 

Hələ daha yaşlı aktyorlar var ki, onlar cavan qızların belə diqqətini cəlb edir və gənc xanımlar tərəfindən də sevilir.

 

Həmin aktyorların yaşları çox olsa da, öz cavanlıq ruhlarını qoruyub saxlayıblar.

 

Hətta bəzi gənc oğlanlardan belə daha cəlbedici və xarizmatikdirlər.

 

Bu yazımızda “Hollywood”un 5 ən xarizmatik aktyorundan söz açacağıq.

 

Xarizma və aktyor – bu iki anlayışı birləşdirəndə şübhəsiz ki, məşhur aktyor Brüs Uillisi göz önünə gətirməmək mümkün deyil. 63 yaşlı aktyor hələ də öz görkəmi ilə diqqət mərkəzindədir.

 

Onun boyu 1 metr 83 santimetrdir. 1955-ci ildə anadan olan Brüs Uillis musiqi ilə də məşğul olub, lakin onu macəra filmlərində canlandırdığı obrazlar daha çox tanıdıb. 2016-cı ilin statistik məlumatlarına görə, Brüs Uillisin filmlərdən qazandığı pulun məbləği 2.5 milyard dollardır.

 

“Hollywood”un digər xarizmatik aktyoru Tom Hanksdır.

1956-cı ildə anadan olan Tom Hanksın boyu 1.83 metrdir.

 

1937-ci il təvəllüdlü Antoni Hopkins də yaşına görə xarizmatik hesab oluna bilər.

Onun adı 100 ən yaraşıqlı aktyor və aktrisa siyahısına daxil edilib. Onun boyu 1.74 metrdir.

 

Məşhur aktyor Al Paçino da xarizmatik sənət adamı hesab olunur. 1940-cı ildə anadan olan Al Paçinonun boyu yuxarıda adı çəkilənlərdən fərqli olaraq qısadır – 1.70 metr.

Lakin onun boyunun uca olmaması yaraşıq və cəlbediciliyinə o qədər də xələl gətirmir.

 

1963-cü il təvəllüdlü Bred Pit də bir çox xanımın sevimli aktyorudur.

Ona yaraşıq verən amillərdən biri də üz quruluşu və boyudur. 55 yaşlı aktyorun boyu isə 1.80 metrdir.

 

“Hollywood” ulduzlarının bu kateqoriyaya aid olanlarının siyahısını daha da uzatmaq olar. Sadəcə nisbətən orta yaşlı və ya yaşlı aktyorları seçib təqdim etdik.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər