Modern.az

İŞİD Fransanı vurdu – 2 ölü, 12 yaralı

İŞİD Fransanı vurdu – 2 ölü, 12 yaralı

23 Mart 2018, 15:33

Fransanın cənubundakı Karkason şəhərində naməlum şəxs xüsusi xidmət orqanı əməkdaşına atəş açıb.

 

Modern.az-ın məlumatına görə, hadisə nəticəsində bir nəfər yaralanıb.

Bundan başqa, Od departamentində silahlı şəxs supermarketdə insanları girov götürüb. Hadisə nəticəsində 2 nəfərin öldüyü, 12 nəfərin yaralandığı barədə məlumatlar var. Polis insanların girovluqdan azad olunması üçün ərazidə xüsusi əməliyyat keçirib.

Özünü İŞİD-ə aid olduğunu bəyan edən şəxs öldürülüb.

Fransa prokurorluğu faktla bağlı cinayət işi açıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır