Modern.az

Gürcüstana 40 kq qızıl-gümüş keçirmək istəyən azərbaycanlı saxlanıldı

Gürcüstana 40 kq qızıl-gümüş keçirmək istəyən azərbaycanlı saxlanıldı

23 Mart 2018, 17:04

40 kiloqram çəkidə qızıl-zinət əşyalarını qaçaqmalçılıq yolu ilə Gürcüstana keçirməyə cəhd edən Azərbaycan vətəndaşı saxlanılıb.

 

APA xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyi İstintaq Xidmətinin sədr müavini Vaja Navrozaşvili keçirdiyi brifinqdə deyib.

 

O bildirib ki, Azərbaycan vətəndaşı 36 kiloqram qızıl və 4 kiloqram çəkidə gümüş əşyaları Türkiyədən gətirib və “Sarpi” gömrük-keçid məntəqəsindən Gürcüstan ərazisinə keçirməyə cəhd edib.

“Mercedes Benz” markalı avtobusun gizli yerində aşkarlanmış zinət əşyalarının ümumi dəyəri 2 milyon laridən çoxdur (821 202 dollar).

Faktla bağlı istintaq aparılır. Saxlanılan şəxsi 5 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...