Modern.az

Peru parlamenti ölkə prezidentinin istefasını qəbul etdi

Peru parlamenti ölkə prezidentinin istefasını qəbul etdi

23 Mart 2018, 20:48

Peru parlamenti ölkə prezidenti Pedro Pablo Kuçinskinin istefasını qəbul edib.

 

Modern.az xəbər verir ki, bu gün yeni dövlət başçısının inauqurasiya mərasimi keçiriləcək. Ölkəyə bundan əvvəl birinci vitse-prezident postunu tutan Martin Viskarra başçılıq edəcək.

 

Martın 15-də Peru parlamenti prezident Kuçinskinin impiçmenti prosesinin başlanmasının lehinə səs verib. Martın 21-də Kuçinski istefa ərizəsini  parlamentə təqdim edib.

Qeyd edək ki, Braziliyanın “Odebrecht” tikinti şirkətinin Peru ərazisində korrupsiya sxemləri tətbiq etməsi Peruda böyük qalmaqala səbəb olub. 77 yaşlı Pedro Pablo Kuçinski 2016-cı ildə Peruda keçirilən prezident seçkilərinin 2-ci turunda qalib gəlmişdi. (APA)

Twitter
Sizə yeni tvit var
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər