Modern.az

Fransa və Almaniya Rusiyaya qarşı sərt addımların anonsunu verdi

Fransa və Almaniya Rusiyaya qarşı sərt addımların anonsunu verdi

23 Mart 2018, 21:06

Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Angea Merkel Sergey Skripal hadisəsi ilə əlaqədar Rusiyaya qarşı sərt addımların anonsunu veriblər.

 

Modern.az xarici mediaya istinadən  xəbərə görə, E. Makron Brüsseldə A. Merkel ilə görüşündə Rusiyaya qarşı sərt və əlaqələndirilmiş addımlar atmağa hazır olduğunu bildirib. O qeyd edib ki, Britaniyanın Solsberi şəhərində baş vermiş hadisə bütün Avropanın təhlükəsizliyi üçün təhdiddir: “Bu, Aİ və onun üzvləri tərəfindən qətiyyətli, əlaqələndirilmiş cavab tələb edir. Bir neçə ölkə, o cümlədən Fransa və Almaniya tezliklə koordinasiya olunmuş qərar qəbul edəcəklər”.

 

A. Merkel də Rusiyaya qarşı ittihamlara qoşulub. Onun sözlərinə görə, bu ittihamların möhkəm əsası var. Kansler Rusiyaya qarşı mümkün addımları Fransa ilə müzakirə etdikdən sonra icra etməyə başlayacaqlarını söyləyib.

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi