Modern.az

Sərnişinin çantasından güclü təsir edən dərman aşkarlanıb

Sərnişinin çantasından güclü təsir edən dərman aşkarlanıb

Aktual

24 Mart 2018, 10:46

Sərnişinin çantasında güclü təsir edən dərman preparatı aşkarlanıb.

 

Dövlət Gömrük Komitəsindən Modern.az-a verilən məlumata görə, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı İbrahimov Emil Abdurəşid oğlu gömrük nəzarətindən keçərkən əvvəlcədən mütləq qaydada bəyan etməli olduğu əşyaları gömrük qanunvericiliyinin tələbinə əsasən gömrük orqanına elektron və ya yazılı formada bəyan etməyib.

 

E.İbrahimov əl çantasını "X-Ray" aparatına  nəzarətindən keçərkən, çantasında olan təsvirlər və sərnişinin hərəkətləri şübhə doğurduğu üçün oHava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən müvafiq qanunvericiliyə uyğun saxlanılıb və çantasına təkrar yoxlama keçirilibYoxlama zamanı sərnişinə məxsus qara rəngli əl çantasında olan  rəngli sellofan paketin içindən 3 ədəd üzərində "LYRICA Pfızer Pregabalin 300mg kapsül" sözləri yazılmış qutuda cəmi 168 ədəd kapsula şkar edilib.

 

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin müvafiq arayışına əsasən təqdim olunmuş "LyricaPreqabalin 300 mg" yazısı olan 168 ədəd ağ/qəhvəyi rəngli kapsulda  rəngli maddə dərman preparatı-preqabalindir. Ümumi sayı 168 ədəd olan kapsulda (birkapsulda 300mg) təsiredici maddənin ümumi miqdarı 50,4 qram təşkil edir.

Xatırladaq kipreqabalin Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir