Modern.az

Çindən ABŞ-a ticarət savaşı XƏBƏRDARLIĞI  

Çindən ABŞ-a ticarət savaşı XƏBƏRDARLIĞI   

24 Mart 2018, 11:45

Çin Baş nazirinin müavini Liu ABŞ maliyyə naziri Steven Mnuchinlə telefon danışığı olub.

 

Modern.az xarici KİV-lərə istinadən məlumatına görə, Liu, danışıq zamanı ticarət əlaqələrinin sabitliyini təmin etmək üçün Çin-ABŞ səylərini artırmağa çağırıb. O, 1974-cü il Ticarət Kodeksinin 301-ci maddəsinə əsasən istintaq hesabatınının dünya ticarət qaydalarının pozulduğunu bildirib.

 

Hesabatın nə Çin, nə ABŞ, nə də dünya maraqlarına uyğun olduğunu ifadə edən Liu, Çinin öz milli maraqlarını qorumağa hazır olduğunu və bunu edə biləcəyini vurğulayıb. O, həmçinin iki ölkənin iqtisadi əlaqələrinin birlikdə davam etdirilməsinə diqqət çəkib.

 

ABŞ maliyyə naziri də öz növbəsində son proseslər barədə Liuyə məlumat verib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?