Modern.az

Məhkum qardaşa mobil telefon ötürmək cəhdi baş tutmadı - FOTO

Məhkum qardaşa mobil telefon ötürmək cəhdi baş tutmadı - FOTO

24 Mart 2018, 13:48

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına mobil telefon keçirilməsi cəhdinin qarşısı alınıb.

 

Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə,Cinayət Məcəlləsinin 29, 120.2.2, 221.3-cü maddələri ilə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Hüseynov Rövşən Aydın oğlunun yanına qısamüddətli görüşə gəlmiş qardaşı Bakı şəhər sakini Hüseynov Emil Aydın oğlunun üzərinə və əşyalarına baxış keçirilən zamanı sağ ayağında olan corabın içərisində gizlətdiyi, daxilində danışıq kartı olmayan bir ədəd “SAMSUNQ” markalı mobil telefon aparatı aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır