Modern.az

Seçkilərlə bağlı "exit-poll" keçiriləcək dairələrin sayı AÇIQLANDI

Seçkilərlə bağlı 

Aktual

24 Mart 2018, 14:36

Azərbaycanda prezident seçkiləri ilə əlaqədar "exit-poll" keçiriləcək dairələrin sayı məlum olub.

 

Modern.az-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Komissiya sədrinin müavini Natiq Məmmədov bildirib ki, Vətəndaş Cəmiyyəti Uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi Fransanın “Opinion Way” təşkilatı ilə birlikdə 118, “Els" Müstəqil Araşdırmalar Mərkəzi 118, “RƏY” Monitorinq Mərkəzi 48 və Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın “Artur Finkelşteyn və Assosiasiya” şirkəti ilə birlikdə 40 seçki dairəsində monitorinq keçirəcək.

 

Qeyd edək ki, Azərbaycanda aprelin 11-də prezident seçkiləri keçiriləcək. Ölkədə 5 309 434 nəfər seçici var.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!