Modern.az

Prezident seçkilərini nə qədər beynəlxalq müşahidəçi izləyəcək?

Prezident seçkilərini nə qədər beynəlxalq müşahidəçi izləyəcək?

24 Mart 2018, 15:39

"Azərbaycanda keçiriləcək prezident seçkilərini izləmək üçün 300-dən çox beynəlxalq müşahidəçi qeydiyyatdan keçib.

 

Modern.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında bildirib.

 

O bildirib ki, aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar 312 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib.

M.Pənahov qeyd edib ki, ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun 280 qısamüddətli müşahidəçisi, eləcə də MDB-nin qısamüddətli müşahidəçiləri bu siyahıya daxil deyil:

"Ümumilikdə, prezident seçkilərini müşahidə etmək üçün 47 ölkənin vətəndaşları müraciət edib".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı